«Neftçi»nin vitse-prezidenti Tahir Süleymanov «Qarabağ»la dünənki oyunda hakim idarəçiliyindən narazı olan Ağdam klubunun rəsmilərinə cavab verib.
«Qarabağ» klubunun direktoru Əmrah Çəlikəl Qol.Az-a bugünkü açıqlamasında «Neftçi» ilə oyunun hakimi Rövşən Əhmədovun idarəçiliyindən narazılıq edərkən «bu hakimin kimə azarkeşlik etdiyi göz qabağında idi» ifadəsini işlədib.
Tahir Süleymanov isə «Qarabağ»ın iddialarına cavab olaraq söyləyib ki, bu çempionatda hakim haqsızlığı ilə ən çox üzləşən bir klub varsa, o da «Neftçi»dir: «15 tur arxada qalıb. Futbolçularımızın ayağı sındırılır, vurduğumuz təmiz qollar hesaba alınmır, penaltilərimiz verilmir. Budurmu bizə kömək? Bütün bu haqsızlıqlara hamı baxsın. Mən təkcə «Neftçi»nin vitse-prezidenti deyil, həm də beynəlxalq dərəcəli hakim kimi bunları istənilən yerdə sübut etməyə hazıram. «Neftçi»nin rəhbərliyi, məşqçi heyəti və futbolçularının yaratdığı vəhdət sayəsində elə bir komanda formalaşdırmışıq ki, onun qarşısını almaq çətinləşib. Çempionatda hamıdan çox top vuran «Neftçi»dir, hamıdan baxımlı futbol oynayan «Neftçi»dir, daim iki hücumçuyla oynayan da məhz bizik. Klubumuzun rəhbərliyi «Neftçi»nin əvvəlki höşrətini qaytarmaq üçün əlindən gələni edir. Bu, hələ böyük işimizin başlanğıcıdır. Bu mənada, «Neftçi»nin qarşısını heç bir hakim, heç bir qüvvə, heç bir şəxs ala bilməz. «Neftçi»nin hakim köməyinə ehtiyacı yoxdur, olmayıb və olmayacaq da. «Qarabağ»la oyunda Azərbaycanın birnömrəli futbolçusu Ruslan Abışovun möhtəşəm qoluna kölgə salmaq lazım deyil. O ki qaldı hakimin azarkeşliyinə, son iki mövsümdə hakimlərin kimə azarkeşlik etdiyi göz qabağında olub» - deyə T.Süleymanov «Qarabağ»ın etirazlarına cavabında bildirib.
Messi dubl etdi
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər
Klub prezidenti Konte ilə təcili görüşəcək
Zelim Tçkayev bürünc medal qazandı - Avropa çempionatı
Alleqridən "Milan"dan ayrılacağı barədə xəbərlərə münasibət
Dünya kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başladı
Neymar: "Ofsayd qaydası dəyişilməlidir"
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər
"Milan" "Sportinq"ə təklif göndərdi
"Real"dan ayrılacaq 8 futbolçu
Lempardın komandası Premyer Liqada
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Şəkil
Alleqri və Poçettino...
“Neftçi”dən sərt reaksiya - Şəkil
Simeonenin böyük sərvəti - 180 mənzil, 7 villa
Renat sona kimi ehtiyatda qaldı
“İnter” çempionluğa bir addım da yaxınlaşdı
“Fənəbaxça” üçün son dəqiqə şoku - Video
Mahir ehtiyatda qaldı, komandası uduzdu
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video