Bolqarıstanın paytaxtı Sofiyada başa çatan gənc boksçular arasında Avropa birinciliyində 1 qızıl və 1 bürünc medal qazanan Azərbaycan millisi Bakıya qayıdıb.
Qol.az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, boksçuları Heydər Əliyev Beynəlxalq Hava Limanında ABF-in əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və bokssevərlər qarşılayıblar.

Yığmanın baş məşqçisi Elbrus Rzayev yarışın Azərbaycan komandası üçün uğurlu alındığını vurğulayıb. O qeyd edib ki, idmana göstərilən dövlət qayğısı boksçuların inamlı çıxışında böyük rol oynayıb: “Yarışa yüksək səviyyədə hazırlaşmışdıq. Bakıda və Ərzurumda iki təlim-məşq toplanışına qatıldıq. Sonuncuda Türkiyə və Əlcəzairlə birgə hazırlıq keçdik. Komanda yarışa psixoloji və texniki-taktiki baxımdan yaxşı vəziyyətdə yollandı. Düzdür, Avropa birinciliyində püşkdə də bir qədər bəxtimiz gətirmədi. Buna baxmayaraq, 40 ölkə arasında milli komanda inamlı çıxış etdi. 13 çəki dərəcəsindən birində Azərbaycan boksçusu Kənan Babayev Avropanın ən güclüsü oldu, qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Amin Məmmədzadə isə bürünc medala sahib oldu. O, 1/4 finalda erməni boksçu üzərində inamlı qələbə qazandı. Digər boksçularımız da lazımı təcrübə topladı və inanıram ki, qarşıdakı yarışda onlar daha yaxşı nəticə göstərəcəklər”.

Mütəxəssis yığmanın hədəfləri barədə də danışıb. O bildirib ki, bu il əsas məqsəd noyabrda keçiriləcək dünya birinciliyinə daha yaxşı hazırlaşıb, mundailda daha çox medal əldə etməkdir: “Bunun üçün sınaq döyüşləri və təlim-məşq toplanışlarımız olacaq. Bir neçə beynəlxalq turnirə qatılmağı planlaşdırırıq. Dünya birinciliyində daha yaxşı nəticə göstərməyə çalışacağıq”.


Azərbaycan millisi 3 illik fasilədən sonra Avropa birinciliyində qızıl medal qazanıb. Bu mükafatı komandanın aktivinə yazan Kənan Babayev (48 kq) döyüşlərini şərh edib və bununla kifayətlənmək niyyətində olmadığını vurğulayıb: “Döyüşlərim çox çətin alındı. Avropa birinciliyində zəif boksçuların olmadığını bilirik. Ən çətin görüşüm gürcüstanlı Oruc Əhmədovla keçdi. Final isə rahat idi. Rəqibi əsasən fiziki cəhətdən üstələdim və güclü zərbələr hesabına qalib gəldim. Əsas odur ki, hər şey ürəyim istədiyi kimi alındı və çempion tituluna yiyələndim. Lakin bununla kifayətlənmək fikrində deyiləm. Növbəti hədəfim bizi bu il gözləyən dünya birinciliyində də eyni nailiyyəti təkrarlayıb və ikinci titulumu qazanmaqdır”.
Avropa birinciliyin 51 kq çəki dərəcəsində bürünc medal qazanan Amin Məmmədzadə isə debütdə yiyələndiyi mükafatı növbəti yarışda “qızıl” edəcəyinə inam ifadə edib: “Avropa birinciliyinə ilk dəfə qatılırdım. Birinci qarşılaşmada İrlandiya boksçusu ilə üz-üzə gəldim və onu 5:0 hesabı ilə məğlub etdim. Ardınca Ermənistan təmsilçisi ilə döyüşdüm. Həyəcan çox idi. Çünki üzərimdə məsuliyyət vardı. Bu döyüşdə də inamlı qələbə qazandım. Qələbədən sonra qazilərimizdən məni təbrik edənlər oldu. Hər birinə təşəkkürümü bildirirəm. Yarımfinalda isə gürcüstanlı boksçu ilə qarşılaşdım və rəqib finala yüksəldiyindən bürünc medala yiyələndim. Əsas məqsədim bu mükafatın əyarını yüksəltməkdir. Qarşıda bizi dünya birinciliyi gözləyir. Söz verirəm ki, orda dünya çempionu olacağam”.
Qeyd edək ki, Avropa birinciliyində 40 ölkədən 400-dən çox boksçu qüvvəsini sınayıb. Oğlanların yarışında fəxri kürsüyə 23 komandanın idmançısı yüksəlib və onlardan 8 ölkənin himni səslənib.

Rafael Fiziyevdən möhtəşəm qələbə - UFC Fight Night turniri
"Arsenal" onu hədəfə aldı
“Şamaxı”nın rəqibi bilindi
"Avrokuboklar üçün hər şey edəcəyik" - "Qarabağ"ın oyunçusu
Türkiyə futbol rəhbərliyində Mesut Özil dövrü başlayır?
Kanadanın pley-offda işləri çətinləşir
O da mundialda fərqlənməyi bacardı
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
"Zirə" Özbəkistan klubuna məğlub oldu
“Neftçi” yeni formasını təqdim etdi - Şəkillər
Çempionlar Liqası oyunlarını ölkədən kənara köçürürlər
Musleradan gözlənilməz antirekord
“Şəfa”da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Zədəsi transferinə mane ola bilər
68 ildən sonra ən məhsuldar mundial
Tahir Abdullayev UFC-də ilk qələbəsini qazandı
“Səbail”dən yeni transfer
"Ev sahibi bizə qarşı qərəzli davranır"
Hidayət Heydərov bürünc, Zelim Tçkayev qızıl medal qazandı
PSJ-nin yeni formaları - Şəkillər
Dünən “Qarabağ”da, bu gün “Polesye”də - Şəkillər
Millinin futbolçusunu ağır cəza gözləyir
DÇ-2026 matçından sonra atışma: Dörd nəfər yaralandı
Byelsa jurnalistin üstünə qışqırdı - Video
Het-trik etdiyi oyunun topunu özü ilə apardı - Şəkil
Leandro Andrade “Qarabağ”dan ayrıldı - Bu kluba keçdi
Muslera üzr istədi
Portuqaliya millisindən duyğusal jest - Video
İngiltərə millisində itki: Ən az iki oyunu buraxacaq
DÇ-2026: Bombardirlik yarışında vəziyyət gərginləşir
Misir - İran oyununun ən yaxşısı seçildi
Dembelenin het-triki - Video
Mundialın 1/16 finalının müəyyənləşən - 9 cütlüyü
Bugünkü oyunların nəticələri - DÇ-2026
Byelsa: “Uruqvay futboluna heç nə qoyub getmədim”
Het-trik etdi, oyunun ən yaxşısı seçildi
DÇ-2026-da 1/16 finalın 5 cütü məlumdur
Fransadan ardıcıl üçüncü qələbə, Seneqaldan darmadağın
Dembeledən son 72 ilin ən sürətli het-triki
"Real"da ayrılıq - Rəsmi
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu