Mirça Rednik: “Nəticənin ədalətli olduğunu düşünürəm”

Mirça Rednik: “Nəticənin ədalətli olduğunu düşünürəm”
ÖLKƏ FUTBOLU 27 Noyabr 2010 / 20:07 2544
-  A +

“Bu gün bərabər gücdə olan iki komandanın qarşılaşmasını izlədik. Oyun bizim üçün çətin keçdi. Xüsusi ilə ikinci hissədə rəqib daha üstün futbol nümayiş etdirdi”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı” ilə səfərdə bir xal qazanan “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik söyləyib. O, daha sonra bunları bildirib: “İlk hissədə üstün tərəf biz idik, ancaq ikinci hissədə qolu buraxdıqdan sonra rəqib ərazi üstünlüyünü ələ keçirdi. Ona görə də, hesabı qoruduq. “Bakı” ilə qarşılaşmada bir xal bizim üçün yaxşı oldu, ancaq üç xal qazansaq, daha da yaxşı olardı”.

Son xəbərlər