Kamran Ağayevin bu şəkli qalmaqal yaratdı

Kamran Ağayevin bu şəkli qalmaqal yaratdı
ÖLKƏ FUTBOLU 26 Noyabr 2010 / 16:33 3889
-  A +

Azərbaycan millisinin və «Xəzər Lənkəran»ın qapıçısı Kamran Ağayevin bir şəkli qalmaqala səbəb olub. Qol.Az-ın 1news.az saytına istinadən verdiyi məlumata görə, «EGOist» və «Fashion Kapriz» jurnallarının kommersiya direktoru Rövşən Axundov «OK! Azerbaijan» jurnalını plagiatlıqda ittiham edib.
 «OK! Azerbaijan» jurnalının son sayında Kamran Ağayevin fotosessiyası dərc olunub. Şəkillərdən birində Kamran bilyard oynayır. Rövşən Axundovun sözlərinə görə, hələ 2008-ci ildə «EGOist» jurnalında futbolçular Elxan Həsənov və Tomas Rajanauskasın bilyard oynadığı yerdə şəkillərin çəkiblər. «Kamranın belə bir şəkli intellektual oğurluqdur» - deyə o bildirib.
«Mən belə gülünc ittihamları şərh etmək istəmirəm». Bu sözləri isə «OK! Azerbaijan»ın baş redaktoru Könül Nağıyeva bildirib. «Məgər, futbolçuların bilyard masası ətrafında şəkilinin çəkilməsini ideyasını onlar kəşf ediblər?! Dünya futbolunun bir çox ulduzunun bilyard oynadığı yerdə şəkilləri var» - deyə o qeyd edib.

Son xəbərlər