AFFA-nın baş katibi «Qarabağ»ın etirazlarına münasibət bildirdi

AFFA-nın baş katibi «Qarabağ»ın etirazlarına münasibət bildirdi
ÖLKƏ FUTBOLU 25 Noyabr 2010 / 11:21 2299
-  A +

«Millinin dekabr ayındakı toplanışının mahiyyəti daha çox seleksiya xarakteri daşıyır. Bu toplanışda əsas milli üzvlərinin iştirak edib-etməyəcəyini baş məşqçi Berti Foqtsun ixtiyarına buraxmışıq. O, yerli klub məşqçiləriylə görüşəndən sonra bu haqda qərar qəbul edəcək». Bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov söyləyib.
Millinin baş məşqçisi Berti Foqts və «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun son çıxışlarıyla bağlı məsələyə toxunan E.Məmmədov bunları deyib: «Qarabağ»la bağlı problem təbii haldı. Həm millinin, həm də Ağdam klubunun baş məşqçisinin belə fikirlər səsləndirməsi normal və başadüşüləndi. Ancaq sevindirici fakt odur ki, bizdə yığma və klub məşqçiləri arasında yaxşı əlaqələr var».
E.Məmmədov bildirib ki, yığma və klublar məşqçiləri arasında heç bir problem ola bilməz.
Mənbə: «Futbol+» qəzeti

Daha çox


Son xəbərlər