Bu həftənin şənbə günü Unibank Premyer Liqasının 15-ci turunda "Xəzər Lənkəran"la qarşılaşacaq "Bakı"nın klubunun vitse-prezidenti Zeynal Məmmədov müsahibə verib.
- Zeynal müəllim, oyuna hazırlıq necə gedir?
- Ardıcıl üç qələbə sayəsində futbolçularımız gərginlikdən çıxıb, komandada özünəinam artıb və əhval-ruhiyyə yüksəkdir. Qarşıdakı oyuna ciddi hazırlıq gedir. Komandamız tədricən öz oyununu tapır. Digər tərəfdən, öz meydanımızda oynamaq da üstünlükdür.
- Komandanızda hər hansı problem yoxdur ki?
- Cəzalı olduğu üçün yalnız Əziz Quliyev oyunu buraxacaq. Zədəlilərdən Joel Epalle və Saşa Kaykut komandanın sıralarına qayıdıb və yavaş-yavaş öz oyunlarını tapırlar. Emin Cəfərquliyev də qayıtmaq üzrədir. Qeyd edim ki, oyun təcrübəsindən əziyyət çəkən futbolçularımız var.
- Qarşıdakı oyuna dönüş nöqtəsi kimi baxmaq olarmı?
- Bəli. Ona görə ki, qələbə qazanacağımız halda, itirilən xalları qismən sığortalayacaq və çempionluq şansımızı artıracağıq. Buna görə də komandamız yalnız qələbə üçün bütün gücü ilə sona kimi döyüşəcək.
- Ötən mövsüm Lənkəran klubunu titullara həsrət qoydunuz. Necə fikirləşirsiniz, "Xəzər Lənkəran" əvvəlki mövsüm daha yaxşı təsir bağışlayırdı, yoxsa indi?
- Heç bir fərq qoymazdım. "Xəzər Lənkəran" hər zaman iddialı və güclü olub. Rəqib komanda indi də çox yaxşı təsir bağışlayır. "Bakı" və "Xəzər Lənkəran" arasında oyunlar həmişə gərgin və maraqlı olmaqla seçilib. Lənkəran klubuna böyük hörmət bəsləyirəm.
- Sizcə, qələbələr seriyasını davam etdirə biləcəksinizmi?
- İnşallah. Hesab edirəm ki, "Bakı" "Xəzər Lənkəran"a yaxşı bələddir və rəqibi məğlub etmək gücündədir. Futbolçularımızın bunun üçün kifayət qədər potensialı var.
Mənbə: supersport.az
Messi dubl etdi
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər
Klub prezidenti Konte ilə təcili görüşəcək
Zelim Tçkayev bürünc medal qazandı - Avropa çempionatı
Alleqridən "Milan"dan ayrılacağı barədə xəbərlərə münasibət
Dünya kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başladı
Neymar: "Ofsayd qaydası dəyişilməlidir"
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər
"Milan" "Sportinq"ə təklif göndərdi
"Real"dan ayrılacaq 8 futbolçu
Lempardın komandası Premyer Liqada
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Şəkil
Alleqri və Poçettino...
“Neftçi”dən sərt reaksiya - Şəkil
Simeonenin böyük sərvəti - 180 mənzil, 7 villa
Renat sona kimi ehtiyatda qaldı
“İnter” çempionluğa bir addım da yaxınlaşdı
“Fənəbaxça” üçün son dəqiqə şoku - Video
Mahir ehtiyatda qaldı, komandası uduzdu
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video