Vadji, Medvedev və Qarayev "Neftçi"yə qarşı niyə oynamayıb?

Vadji, Medvedev və Qarayev "Neftçi"yə qarşı niyə oynamayıb?
XƏBƏR 7 Fevral 2022 / 21:53 4700
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 15-ci turunda "Neftçi" ilə oyunun (2:1) iştirak ərizəsində komandanın 3 əsas oyunçusu - Qara Qarayev, İbrahima Vadji, Maksim Medvedevin olmamasının səbəbi haqda danışıb.

Qol.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında bununla bağlı deyib:

"Maksim kubok oyununda zədələnmişdi. Mikro zədəsi var idi. Ciddiyə də almaq olar. Hər şey yaxşıya doğru gedir. Durumunun necə olduğu tam bilinəcək. Vadji dünən özünü narahat hiss etdi. Qızdırması var idi. Bu gün test etdik, neqativ çıxdı. Sadəcə dünənki halına görə bu gün risk etmədik. Qarada “Keşlə” ilə oyundan sonra pozitiv olmuşdu, hərarəti var idi. Artıq bu gündən fərdi məşqlərə başlayıb”.


Son xəbərlər
topaz banner