Acunun klubu "Qalatasaray"dan futbolçu alır

Acunun klubu "Qalatasaray"dan futbolçu alır
XƏBƏR 26 Yanvar 2022 / 15:10 3446
-  A +

Türkiyəli məşhur aparıcı Acun Ilıcalının sahibi olduğu İngiltərənin "Hall Siti" klubu heyətinə yeni oyunçu cəlb edir.

Qol.az "The Atletic"ə istinadən xəbər verir ki, Çempionşip təmsilçisi "Qalatasaray"dan ayrılacağı gözlənilən Dendre Yedlinlə danışıq aparır. Amerikalı müdafiəçi ilə 1 və ya 1.5 illik müqavilə imzalanacağı bildiririlib.

Qeyd edək ki, ötən mövsüm "Nyukasl"dan "Qalatasaray"a transfer olunan Yedlin ümumilikdə 36 matçda meydana çıxıb, 1 qol vurub, 1 qolun ötürməsini verib.

Daha çox


Son xəbərlər