Polşa mətbuatında bu gün Antalyada keçiriləcək “Qarabağ” – “Slyonsk” (Polşa) yoxlama oyunu ilə bağlı yazı dərc olunub.
Qol.az xəbər verir ki, “Gazeta Wroclawska” nəşrində dərc edilən yazıda qeyd edilib ki, Türkiyədəki təlim-məşq toplanışı zamanı “Slyonsk”un ən çətin rəqibi məhz “Qarabağ” olacaq.
“Slyonsk”un bu qış planlaşdırılan bütün rəqibləri arasında ən güclüsü “Qarabağ”dır. Səkkizqat Azərbaycan çempionu son illərdə daxili arenada dominantlıq edib. “Qarabağ” 2013/14 mövsümündən başlayaraq dalbadal 7 dəfə çempion olub. Yalnız ötən il “Neftçi” onları dayandıra bilib. Amma hazırkı mövsümdə “Qarabağ” “Qələbə”dən 7, “Neftçi”dən isə 11 xal irəlidə olmaqla yenidən liderdir”.
“Qarabağ”ın 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində oynadığı da qeyd olunub: “Həmin vaxt bu komandada indi “Visla Plotsk”da oynayan Yakub Jezniçak da çıxış edirdi. Bu mövsüm “Qarabağ” “Bazel”, “Omoniya” və “Kayrat”ın yer aldığı qrupda 2-ci yeri tutaraq Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə onlar Arkadiuş Milikin (Polşa millisinin hücumçusu – red.) çıxış etdiyi “Olimpik Marsel”lə qarşılaşacaq”.
Yazıda “Qarabağ”ın hazırkı heyətindən də bəhs edilib: “Komandanın güclü silahları sırasında mərakeşli Abdullah Zabir, Azərbaycanı təmsil edən Filip Ozobiç, Musa Qurbanlı, Ramil Şeydayev, braziliyalı maraqlı soyadlı Kadi Yuri Borxes Malinovski, seneqallı İbrahima Vadji yer alır”.
Xatırladaq ki, "Qarabağ" - "Slyonsk" oyunu bu gün Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, “Slyons”un bu qış təlim-məşq toplanışındakı rəqibləri arasında qarşılaşdığı və qarşılaşacağı komandalar “Qarabağ”la yanaşı “Varta” (Polşa), “Hartberq”, “Floridsdorfer” (hər ikisi Avstriya) və “Voyvodina”dır (Serbiya).
"Komo" "Milan"dan 16 yaşlı hücumçunu aldı
"Atletiko"nun sabiq oyunçusu "Turan Tovuz"da - Rəsmi
"Qarabağ" növbəti transferini açıqladı - Rəsmi
"Beşiktaş" onu azad agent kimi transfer edir
"Araz-Naxçıvan" "Alanyaspor"la bərabərə qaldı
"Şamaxı"dan daha bir transfer - Rəsmi
İbrahim Şehiçi transfer etdilər
"Sumqayıt" yeni transferini açıqladı - Yenilənib
A seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yeniləndi
"Fənərbaxça" 18 yaşlı futbolçu transfer etdi
"Turan Tovuz" onu da göndərdi
Henderson yenidən Premyer Liqada
Azərbaycan millisinin üzvü “Sabah”la müqaviləsini ləğv etdi
Araz Abdullayevin yeni klubu - Rəsmi
1-ci liqanın başlama tarixi məlum oldu
"Sumqayıt"da növbəti ayrılıq
"Bayer"in yeni səfər formaları - Şəkillər
Cicanın transferini açıqladılar
Özbək hücumçunun İstanbul klubuna keçidi rəsmiləşdi
Azərbaycan klublarının Avropada 500-cu qolu
"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"lını transfer etdi
"Real" yeni transfer üçün razılaşdı
Dünya çempionu "Roma"dan bu kluba keçdi
Arda Turandan əla rəsmi debüt - Video
“Tottenhem”dən yeni transfer
Konfrans Liqasında gecənin nəticələri
Avroliqada yeni mövsüm başladı
"Sabah" - "Çelye" oyunundakı 5 qol - Video
"Atletik"in oyunçusu futboldan kənarlaşdırıldı
"Bizə daha çox güvənin" - Valdas Dambrauskas
"Hazırda cütün ən güclüsü bizik" - "Çelye"nin baş məşqçisi
"Sabah" "Çelye"yə məğlub oldu
"Qarabağ"da növbəti ayrılıq - Bu kluba keçdi
"Liverpul"un oyunçusu yalnız "Real"ı istəyir
"Milan" onun Səudiyyə Ərəbistanı klubuna keçidini açıqladı
Edin Cekonun bu kluba keçidi açıqlandı
"Sabah" - "Çelye" matçı üçün - Heyətlər
"Şamaxı"dan yeni transfer - Rəsmi
"Turan Tovuz" növbəti transferini rəsmən açıqladı
"Sumqayıt"dan yayın ilk transferi - Rəsmi
"Sumqayıt"ın yeni baş məşqçisinin köməkçiləri müəyyənləşdi
"Məqsəd "Mingəçevir"i çempion etməkdir"