"Qarabağ"ın legioneri sabiq klubuna yardım edir

"Qarabağ"ın legioneri sabiq klubuna yardım edir
XƏBƏR 10 Yanvar 2022 / 12:30 4993
-  A +

"Qarabağ"ın futbolçusu Filip Ozobiç sabiq klubu "Mladost Jdralovi" klubuna yardım edir.

Qol.az xəbər verir ki, millimizə cəlb olunan xorvatiyalı yarımmüdafiəçi bu barədə "Sportske.jutarnji" nəşrinə müsahibəsində danışıb.

30 yaşlı futbolçu aşağı liqada çıxış edən Xorvatiya klubunun gələcəyinə inandığını bildirib: "Mən onlara kömək edirəm. Çünki bunun onlar üçün çox şey olduğunu bilirəm. Rəhbər Renato Radiç və məşqçi Daniel Lovriçin etdikləri belə kiçik yer üçün böyük işdir. Gələcək nəsillərə qalacaq stadion tikirlər. Onlar məndən daha yaxşı şəraitə sahib olacaqlar. Ümid edirəm ki, 2-ci liqada oynayarlar. Sadəcə, vaxt məsələsidir. Belovar şəhəri mərkəzdir. onun ambisiyaları var və irəli getmək istəyir".

Qeyd edək ki, Ozobiç futbola "Mladost Jdralovi"də başlayıb. O, 2004-2006-cı illərdə bu klubun aşağı yaş qruplarında oynayıb.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner