Eddi İsrafilov: "Müharibə vaxtı Azərbaycanı dəstəkləmişəm"

Eddi İsrafilov: "Müharibə vaxtı Azərbaycanı dəstəkləmişəm"
XƏBƏR 7 Yanvar 2022 / 15:55 2913
-  A +

"Müharibə zamanı və bitəndən sonra Azərbaycanı sosial şəbəkələrdə dəstəkləmişəm".

Qol.az xəbər verir ki, bunu "Neftçi"nin yeni transferi Eddi İsrafilov jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi Vətən müharibəsi vaxtı müsahibə verməməsini Azərbaycanca yaxşı danışa bilməməsi ilə əlaqələndirib: "3-4 yaşımadək Azərbaycanda böyümüşəm. Bu, mənim ana Vətənimdir. Azərbaycana hörmətlə yanaşıram".

Təcrübəli oyunçu sosial şəbəkədəki paylaşımlarını da göstərib: "Vətən müharibəsi 27 sentyabrda başlayıb. Mən 29 sentyabrda paylaşım edərək, Azərbaycana dəstək vermişəm. Müharibə bitdikdən sonra - 10 noyabr 2020-ci ildə "Qələbə günün mübarək, Azərbaycan. Qarabağ - Azərbaycandır" paylaşımları etmişəm. Yenə də vurğulamaq istəyirəm ki, "Qarabağ - Azərbaycandır!" (Report)


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner