Komandası heç bir oyunda uduzmadı, ən yaxşı məşqçi seçildi

Komandası heç bir oyunda uduzmadı, ən yaxşı məşqçi seçildi
XƏBƏR 6 Yanvar 2022 / 11:47 2180
-  A +

İtaliya A Seriyasında 2021-ci ilin dekabrın ən yaxşı məşqçisi müəyyənləşib.

Qol.az turnirin saytına istinadən xəbər verir ki, bu, "İnter"in baş məşqçisi  Simone İnzaqidir .

45 yaşlı italiyalının rəhbərliyi altında Milan klubu ötən ay keçirdiyi 5 liqa matçının hamısında qalib gəlib, 15 qol vurub, qol buraxmayıb.

Sorğuda İtaliyanın ən böyük idman qəzetlərinin direktorları iştirak edib.

19 turdan sonra "İnter" A Seriyasının cədvəlinə başçılıq edir və ikinci olan "Milan "ı 4 xal qabaqlayır.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner