“Qarabağ”ın mərkəz hücumçusu Musa Qurbanlı bu mövsüm Azərbaycan Premyer Liqasında uğurlu oyunu ilə seçilir.
Qol.az xəbər verir ki, 19 yaşlı futbolçu dünən “Zirə”yə qarşı görüşdə (2:0) komandasının hər iki qolunu vurub. Bu, “Qarabağ”ın 2021-ci ildə son qolu (qolları) olub.
Ümumilikdə, Qurbanlı bu mövsüm Premyer Liqanın 14 matçının 8-də meydana çıxıb. O, ilk dəfədir belə çox oyun şansı qazanır. Bu mövsüm 474 dəqiqə meydanda olan gənc futbolçu 6 qol vurub, 4 qolun isə ötürməsini edib. Bu isə o deməkdir ki, Ağdam klubunun cari çempionatdakı vurduğu 30 qoldan 10-da (üçdə biri) Musanın böyük rolu olub. Son illər "Qarabağ"da belə məhsuldar oyun sərgiləyən çox az gənc futbolçu var.
Hazırda Qurbanlı bombardirlər siyahısında Abdullah Zubir ("Qarabağ") və Coy-Lens Mikelslə ("Sabah") birgə 3-cü yeri bölüşdürür. İlk yeri tutan Davit Volkovun ("Zirə") ehtyatında 10, 2-ci yerdəki Filip Ozobiçin ("Qarabağ") isə 7 qol var.
Maraqlıdır ki, M.Qurbanlı 6 qolu hər birində dubl etməklə 3 oyunda vurub (“Səbail”, “Sumqayıt” və “Zirə” ilə matçlarda). O, 8 oyundan 7-də əsas, 1-də isə ehtiyat futbolçu kimi meydana daxil olub. Onun intizamlı oyunu da diqqət çəkir. Bu görüşlərin heç birində Musa bir vərəqə belə almayıb.
Baş məşqçi Qurban Qurbanovun oğlu olan Musa ötən mövsümü icarə qaydasında “Zirə”də keçirib. Bu yay yenidən “Qarabağ”a qayıdıb və futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Azərbaycan futbolunun istedadlarından sayılan və böyük ümidlərindən olan Musanın hələlik Avropa kuboklarında oyun təcrübəsi çox deyil. O, bu mövsüm Avropa Konfrans Liqasında ehtiyat futbolçu kimi 4 oyunda (3-ü təsnifat, 1 qrup mərhələsi) iştirak edib.
Qeyd edək ki, M.Qurbanlı Canni de Byazinin rəbərliyi A milli komandaya da dəvət alıb. Məhz italiyalı mütəxəssisin rəhbərliyi altında əsas millidə debüt edib. Bugünə qədər M.Qurbanlı milliylə bir oyunda – Sloveniyaya qarşı yoxlama matçında meydana çıxıb (34 dəqiqə).
ÇL-də türklərin gecəsi
Ançelotti ÇL hakimlərini daha keyfiyyətli sayır
Amorimə güvən azalır
"Barselona" onunla müqaviləni uzadır
Neymar Braziliya futbolunun inkişafından gileyləndi
"Məni Avropaya gətirən futbolu göstərə bilərəm"
Valverde sükutu pozdu
Mbappenin sahibi olduğu komandanın biabırçı nəticələri
Bədavi legioner limitinin ləğvi ilə bağlı nə dedi?
"Milan"da yeni müqavilə
A seriyası klubunun yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisindən startda ağır məğlubiyyət
Azərbaycan təmsilçisi "Qalatasaray"ın pley-off oyununda
"Real"ın futbolçusu klub sahibi oldu
Jiru ABŞ-da qarət olundu
Arda Güler bezdi
1-ci liqada buhəftəki oyunların hakimləri bilindi
İtaliya klubunda baş məşqçi ayrılığı
MOK-da yeni vitse-prezident - Fərid Qayıbovu kim əvəzlədi?
İcraiyyə Komitəsinin yeni tərkibində kimlər yer almadı?
Bugünkü oyunları hansı kanallar yayımlayacaq?
MOK-da İcraiyyə Komitəsinə də seçki keçirildi - Şəkillər
İlham Əliyev yenidən MOK-un prezidenti seçildi
"Barselona" Virtzin transferi üçün hərəkətə keçdi
Simon Kyaer bu klubda çalışacaq
Xəbərlərimiz daha əlçatan oldu!
“Qarabağ”da qalıb-qalmayacağına aydınlıq gətirdi
Osimhen "baş işlətdi" - Video
Qvardiola: “Real”ı keçmək şansımız 1 faizdir”
"Barselona" liderliyə yüksəldi
İsmail Kartalın komandası "Əl-Nəsr"lə heç-heçə etdi
Osimhendən dubl, "Qalatasaray"dan qələbə
“Səbail”lə “Sabah”ın heç-heçəsi – Video
Azərbaycan cüdoçuları Avropa Kubokunda 10 medal qazandı
"Sabah" "Səbail"lə oyunda xal itirdi
Tovuzda penalti, avtoqol və hərəyə bir xal - Video
İlham Yadullayev İran üzərində qələbə haqda danışdı
"Üstünlük bizdə idi" - Ayxan Abbasov
"Səbail" - "Sabah": Heyətlər
"Kəpəz" "Şamaxı" ilə heç-heçə etdi