"Fasilə ərəfəsində son matçımız bizim üçün çox vacib idi. Çünki son sıralarda getmək istəmirdik. Futbolçular bunu başa düşürdülər. Kubok oyunlarında da, indi də futbolçular çox qaçdılar. Xarakter göstərdik və qələbə qazandıq".
Bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov səfərdə "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın 14-cü tur oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, qış fasiləsində islahatlar olacaq: "Bunu son tura saxlamışdıq. Hələ təlim-məşq toplanışı barədə danışmamışıq. Qarşıdakı 2-3 gündə bilinəcək. Dəyişikliklər olacaq. Bəzi futbolçularla yolları ayırmaq fikrindəyik. Müqaviləsi bitən oyunçular var".
Baş məşqçinin sözlərinə görə, klub 3 futbolçu ilə yolları ayırma astanasındadır: "Anatol Abanqla bağlı istəmədən qırmızı vərəqə olayları oldu. Onun məvacibi də yüksək idi. Buna görə yollarımız ayrılacaq. Nicat Qurbanov və Con Kamara ilə isə müqavilə pozulacaq".
Qurbanov "Neftçi"dən icarəyə götürdükləri Rəhman Hacıyevin "Keşlə" üçün vacib oyunçu olduğunu söyləyib: "Onun komandada qalmasına çalışırıq, buraxmaq istəmirik. Məğlubiyyətlərdən sonra sarsılmışdı. Bunu daxildə həll etmək istəyirdik" (report.az).
Sabah püşkatmadır
Duran oynadı, komandasını məğlubiyyətdən xilas etdi
DÇ-2026-ya aparılmadığı üçün karyerasını bitirir
“Şamaxı”dan yeni transfer
Mahir yeni klubuna “Bayatı Şiraz” sədası ilə keçdi - Video
İnyesta baş məşqçinin qərarına təəccübləndi
"Beşiktaş"ı tərk edə bilər
İbrahimoviçin oğlu klubunu dəyişdi
"Aston Villa"nın ən bahalı transferi oldu
"Turnirin ən güclü iki komandası finaldadır"
Tramp da onun taktikasını tənqid etdi
“Karvan-Yevlax”dan yeni transfer
Emrelinin Polşa klubuna keçidinin - Təfərrüatı
İnfantino: "DÇ-2026 tarixin ən yaxşı mundialıdır"
De la Fuente: "Skaloni ilə bir-birimizə bənzəyirik"
“Qarabağ” - SSKA oyununun biletləri satışa çıxarıldı
"Payde" - "Zirə" oyunun da hakimləri məlum oldu
Mahir Emreli Polşadadır - Yeni klubu…
Skaloni: "İspaniya ilə bağlı hər şey məni narahat edir"