Haalanddan sevindirici xəbər

Haalanddan sevindirici xəbər
DÜNYA FUTBOLU 26 Noyabr 2021 / 20:12 2726
-  A +

Dortmund "Borussiya"sının futbolçusu Erlinq Haaland zədəsini sağaldıb.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Marko Rouz məlumat verib. O, norveçli hücumçunun Bundesliqanın 13-cü turunda "Volfsburq"la oyuna komanda ilə birgə yollanacağını bildirib.Bununla belə, Halland start heyətdə meydana çıxmayacaq və qısa müddət oynayacaq.

Qeyd edək ki, 21 yaşlı futbolçu zədə səbəbindən 1 aydır yaşıl meydanlardan uzaqdır.


Son xəbərlər