AFFA-nın keçmiş baş katibi Fuad Əsədov Qol.Az saytına müsahibəsində yerli hakimlərin səviyyəsindən narazılığını bildirərək, ölkə çempionatında keçirilən prinsipial oyunların xarici hakimlərə etibar edilməsinin zəruriliyini vurğulayıb. AFFA-nın Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov Qol.Az saytına açıqlamasında F.Əsədovun bu fikirlərinə münasibət bildirib. O, hələ AFFA-nın keçmiş rəhbərliyinin dövründə xarici hakimlərin ölkə çempionatının bəzi oyunlarına dəvət olunduğunu xatırladıb. X.Məmmədovun sözlərinə görə, F.Əsədovun AFFA-nın baş katibi işlədiyi dövrdə hakimliklə bağlı ciddi problemlər müvcud olub: «O zaman Fuad Əsədov başda olmaqla fedarasiyanın yarıtmaz siyasəti nəticəsində hakimlərə qarşı əməlli-başlı ədalətsizlik edilirdi. Həmin dövrdə hakimlər arasında ayrıseçkilik vardı. İstedadlı fit sahibləri sıxışdırılır, hakimlik bacarığından asılı olmayaraq, Fuad Əsədovun sevimili «ədalət təmsilçiləri» önə çəkilirdi. Həmin hakimlər Fuad Əsədovun birbaşa göstərişilə oyunlara təyinat alırdılar. Hətta ölkə çempionatında keçirilən prinsipal oyunları idarə edəcək hakimlər belə onun istəyilə təyin olunurdu. Fuad Əsədov bu yolla çox işlər görüb. Hesab edirəm ki, o zaman belə bir siyasət yürüdən şəxsin indi hakimliklə bağlı hansısa iddialar irəli sürməsi yersizdir».
X.Məmmədov çempionatın oyunları zamanı Fuad Əsədovun hakimlərin əliylə müəyyən işlər gördüyünü desə də, konkret fakt açıqlamayıb.
2005-ci ildə özünün AFFA-dan qovulmaqda F.Əsədovun rolunun olub-olmaması sualına gəlincə X.Məmmədov bunları söyləyib: «Mənim fedarasiyadan çıxarılmağımda onun hansısa rolunun olub-olmamasını bilmirəm. Bəlkə də bu məsələdə Fuad Əsədov hansısa bir rol oynayıb. Amma məsələ ilə bağlı əlimdə dəlilim yoxdur».
“Fiziki çatışmazlıqlar var, qış fasiləsində mütləq güclənməliyik” - "Karvan-Yevlax"ın məşqçisi
"Fənərbaxça"dan heç-heçə
Alonso Mbappe və Ronaldonu müqayisə etdi
"Zirə" - "Qarabağ" matçından - Video
“Bavariya” “Ştutqart”ı darmadağın etdi
Ərəblər “Real”ın futbolçusu üçün hərəkətə keçdi
“Lill” gənc ulduzu ilə müqaviləni yenilədi
“Qarabağ” - “Ayaks” matçını yayımlayacaq kanal dəyişdi
“Vilyarreal”dan doğma meydanda qələbə
"Qarabağ"la matçda qazanılan xal dəyərlidir" - Rəşad Sadıqov
“Oyunçular emosional davrana bilər, amma əsəblərini cilovlamalıdırlar” - Qurban Qurbanov
“Aston Villa” son dəqiqə qolu ilə qalib gəldi
“Zirə” “Qarabağ”la bərabərə qaldı
Mərc qalmaqalı səbəbindən matç təxirə salındı
Münhen klubu Şlotterbek iddialarına aydınlıq gətirdi
İtaliya nəhəngləri gənc müdafiəçi üçün səfərbər oldu
"Zirə" - "Qarabağ": Heyətlər
Alba karyerasının sonuncu oyununa çıxır
İnfantino Trampa verilən mükafatdan danışdı
3 nəhəng bu futbolçu üçün mübarizə aparır
Cessi Linqard klubundan ayrıldı
“Barselona” Arauxo problemlini həll etməsə...
Marselo: “Yamal mənim üçün çətin rəqib olardı”
PSJ-nin istədiyi futbolçu ilə müqavilə uzadıldı