“Səbail”in baş məşqçisi Elvin Məmmədov Azərbaycan I Liqasının ilk turunda “Mingəçevir”ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Mövsümə qələbə ilə başladınız. Oyunla bağlı fikirlıəriniz necədir?
- Ramiz Məmmədovun komandaları həmişə döyüşkən kollektiv təsiri bağışlayıb. Ramiz müəllim özü də xarakterli futbolçu olub. Bilirdik ki, bizi çox çətin oyun gözləyir. Birinci qarşılaşma üçün çatışmayan məqamlar var idi. Şükürlər olsun ki, 3 xalımızı qazandıq, mövsümə uğurla start verdik.
- Qələbə bir yana, bəs sərgilənən futbol sizi nə dərəcədə razı saldı?
- Əlbəttə, oyun tam istədiyimiz kimi deyildi. Çatışmazlıqlar mövcuddur. Digər tərəfdən də ilk oyun olduğu üçün futbolçular səhv etməkdən qorxurdular. İşimiz çoxdur. Zamanla çatışmazlıqları aradan qaldırıb daha yaxşı oynamalıyıq.
- Komandanın hədəfi çempionluqdur. Bu yolda əsas rəqib qismində hansı komandaları görürsünüz? Çoxları “Şəfa” və “Mingəçevir”in adını çəkir...
- Bəli, hədəfimiz çempionluqdur. Hər bir komanda bizim üçün rəqibdir. Rəqibləri ayırmırıq. Bəzən autsayder hesab olunan komanda belə, digər kollektivlərdən xal ala bilir.
- Premyer Liqada da olduğu kimi, I Liqada da eyni oyun tərzinə üstünlük verirsiniz. Komanda müdafiədən ötürmə ilə çıxır. Halbuki I Liqada əksər komandalar lorı dildə desək, “vur qabağa” prinsipilə ilə oynayır. Düşünmürsünüz ki, sizin texnikalı futbola üstünlük verməyiniz işinizi çətinləşdirə bilər?
- Bilirsiniz ki, mən məşqçiliyə yeni başlamışam. Yekəxanalıq kimi qəbul olunmasın, lakin mən bu futbolu istəyirəm, getdiyim yol budur. Demirəm düzdür, ya səhv. Amma hesab edirəm ki, Azərbaycan futboluna bu lazımdır. Çətindir, bəli, səhvlər olacaq, lakin getdiyimiz yoldan dönmək istəmirik.
- “Səbail”in büdcəsi xeyli azalıb, ASCO-nun komandaya sponsorluq edib-etməyəcəyi hələ bilinmir. Maraqlıdır, bu qədər çətinlik qarşısında bu cür heyəti necə yığdınız?
- İlk növbədə başda Firuz müəllim olmaqla rəhbərliyə təşəkkür etmək istəyirəm. Klubun əməkdaşları, məşqçilər korpusu – hamımız bir ailə kimiyik. Komandada dostluq ab-havası hökm sürür. Futbolçularla söhbətimiz oldu. Sağ olsunlar, gəliblər həm bizə kömək olsunlar, həm də birlikdə Premyer Liqaya yüksələk.
- Yəni pul önəmli rol oynamayıb?
- Bəli, oynamayıb. Elə şeylər var ki, puldan üstündür.
- İranlı legioner Ali Babaei hələ hazır olmadığı üçün “Mingəçevir”lə görüşdə meydana çıxmadı?
- O, komandaya təzə qoşulub, yaxın günlərdə ona da şans verəcəyik.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi
Matteo Darmian bu kluba keçdi
Daha 6 boksçumuz yarımfinalda - Avropa çempionatı
Braziliya millisində Ançelottinin uğursuz göstəricisi
Macar klubundan qeyri-adi heyət - Şəkil
Toni Kroos məşqçiliyə başlayır
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd