Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
Qol.az xəbər verir ki, son oyun günündə 7 qarşılaşma keçirilib.
Turnirdə ölkəmizi təmsil edən "Neftçi" Yunanıstan səfərində "Olimpiakos"a uduzub - 0:1. Bu cütün qalibi Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Bu turda uduzan komanda isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Malmö" (İsveç) - HİK (Finlandiya) cütünün məğlubu ilə görüşəcək. "Malmö" - HİK matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Mura" - "Lüdoqorets" oyununda isə qol olmayıb.
Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" (Polşa) öz meydanında Estoniyanın "Flora" klubu ilə qarşılaşıb. Oyun "Legiya"nın qələbəsi ilə başa çatıb - 2:1. Start heyətdə meydana çıxan Mahir 56-cı dəqiqədə əvəzlənib.
Niderlandda PSV-nin qonağı olan Türkiyənin "Qalatasaray"ı klubu isə 1:5 hesabı ilə uduzub.
21 iyul
Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
18:00. "Kayrat" (Qazaxıstan) - "Srvena Zvezda" (Serbiya) - 2:1
Qollar: Xose Kante Martines, 24, Frenk Banyak, 79 - Dino Mikanoviç, 57-avtoqol
21:00. "Malmö" (İsveç) - HİK (Helsinki, Finlandiya) - 2:1
Qollar: Antonio Çolak, 45+1, Anders Kristiansen, 74 - Riku Riski, 68
22:00. Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) - 0:0
22:30. “Slovan” (Slovakiya) - “Yanq Boyz” (İsveçrə) - 0:0
23:00. PSV (Niderland) - "Qalatasaray" (Türkiyə) - 5:1
Qollar: Eran Zahavi, 2, 35, 84, Mario Götze, 51, 88 - Emre Kılınç, 42
23:00. “Olimpiakos” (Yunanıstan) - “Neftçi” (Azərbaycan) - 1:0
Qol: Madi Kamara, 29
Qırmızı vərəqələr: Madi Kamara, 43 ("Olimpiakos"), Mert Çekik, 63 ("Neftçi")
23:00. “Legiya” (Polşa) - “Flora” (Estoniya) - 2:1
Qollar: Bartoş Kapustka, 3, Rafael Lopes, 90+1 - Rauno Sappinyen, 53
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi