“Neftçi” ilə müqavilə imzalayan Kaysuke Honda paytaxt klubuna keçidi haqda danışıb.
Qol.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi imzalanma mərasimindən sonra ilk olaraq bu cür təqdimata görə “Neftçi”yə təşəkkür edib: “Burada olduğum üçün çox xoşbəxtəm. Rəqiblərimiz olduqca güclüdür. Bilirəm ki, asan olmayacaq. "Neftçi" çempion olmaq istəyir, mən də ambisiyalıyam. Ona görə də bura gəldim".
Yaponiya millisinin sabiq üzvü “Neftçi”nin iki oyununu izlədiyini qeyd edib: “Komanda müdafiədə yaxşı oynayır. Mən hücumameyilli oyunçuyam. Qol vurmaq üçün hücuma kömək etməyə çalışacağam. Komanda uzun müddətdir ki, çempion olmur. Bu il şansımız var. Əlimdən gələni edəcəyəm ki, çempion olaq. Mənə bu imkanı verdikləri üçün təşəkkür edirəm. Mənə sual verdilər ki, niyə Yaponiyaya qayıtmırsan? Bildirdim ki, orada 3 il oynamışam, artıq mənə maraqlı deyil. Onlara söylədim ki, bu, mənim üçün yeni çağırışırdır. Düzdür, karyeram ərzində çox səhvlər etmişəm. Amma burada onları təkrarlamayacağam".
O bildirib ki, "Neftçi"ni seçməsi Avropada oynamaq istəyi ilə bağlıdır: “Neftçi”ni seçməyimin bəzi səbəbləri var. Yanvarda başqa variantlarım var idi, amma mən Avropada çıxış etmək istəyirdim. Avropadan da “Neftçi” mənimlə maraqlandı. Mənə bu barədə Yaponiyada da sual verdilər ki, niyə orada qalmadın? Yaponiyada oynamaq artıq mənim üçün maraqlı deyildi. Bu, mənim üçün yeni çağırışdır. Burada da uğurlu olmaq üçün əlimdən gələni edəcəyəm. Karyeram ərzində çox səhv etmişəm. Amma burada yenidən özümü göstərmək istəyirəm”.
Xatırladaq ki, Honda “Neftçi” ilə mövsümün sonunadək müqavilə imzalayıb.
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Mingəçevir"dən qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər