PSJ rəhbərliyi futbolçusu Leanardo Paradesdən "Barselona"nın kapitanı Lionel Messinin transferi haqda danışmamağı istəyib.
Qol.az "Le Journal Du Dimanche"yə istinadən xəbər verir ki, bu barədə Parades özü bildirib.
26 yaşlı yarımmüdafiəçi daha əvvəl açıqlamasında həmyerlisini Paris təmsilçisində görmək istədiyini demişdi. Bundan sonra isə klub Paradesdən bu baradə danışmamağı xahiş edib:
"PSJ rəhbərliyi məndən daha Messi haqqında danışmamağı istədi. Bu məsələdəki mövqeyim bəzilərinin xoşuna gəlmədi və hörmətsizlik saydılar. Mən isə belə düşünmürəm. Messi özü mövsümün sonunda gələcəyi və nə edəcəyi barədə qərar verməlidir".
Qeyd edək ki, Kataloniya klubu ilə müqaviləsi bu ilin yayında başa çatacaq 33 yaşlı hücumçunun PSJ-yə transfer olunacağı haqda iddialar var. Argentinalı oyunçunu "Mançester Siti" də heyətinə qatmağı planlaşdırır.
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?
Keyndən gözlənilməz antirekord
Modriç yeni rekordun bir addımlığında
Dirk Kuyt yenidən “Fənərbaxça”da
"Neftçi"dən üçüncü transfer - Rəsmi
"Tottenhem"dən qapıçı transferi
Məşhur futbolçu klubsuz qaldı