Raiola Donnarumma üçün "Milan"dan bunu istəyir

Raiola Donnarumma üçün "Milan"dan bunu istəyir
DÜNYA FUTBOLU 2 Mart 2021 / 00:49 2248
-  A +

"Milan"ın qapıçısı Canluici Donnarummanın meneceri Mino Raiola oyunçunun klubla müqaviləni yeniləməsi üçün şərtlər irəli sürüb.

Qol.az xəbər verir ki, bu barədı məşhur idman jurnalisti Nikolo Şkira məlumat yayıb.

A seriyası təmsilçisi 22 yaşlı qolkiper ilə sözləşmənin müddətini uzatmağın üzərində işləyir. Mino Raiola isə qapıçı üçün "Milan"dan illik 10 milyon avro maaş tələb edir. Həmçinin oyunçu klubla qısa müddətli bir müqavilə imzalamaq istəyir.

Daha əvvəl "Milan"ın texniki direktoru Paolo Maldini qapıçıya ildə 7,5 milyon avro maaş olmaqla, 5 illik müqavilə təklif etmişdi.

Qeyd edək ki, Donnarumma bu mövsüm 23 matça çıxıb. O, bu görüşlərin 7-də qapısını toxunulmaz saxlayıb.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə