Joze Mourinyonun rəhbərlik etdiyi “Tottenhem” Premyer Liqada uğursuz çıxışları davam etdirməkdədir.
Qol.az xəbər verir ki, mövsümün əvvəli çempionluğa əsas favoritlərdən göstərilən London təmsilçisi son 13 oyundan cəmi 3-də qələbə qazana bilib. Komanda son olaraq fevralın 21-də “Vest Hem”ə uduzub (1:2). İndi “Tottenhem” 24 oyundan 36 xalla turnir cədvəlində 9-cu yeri tutur.
Bütün bu uğursuz çıxışlar isə Joze Mourinyonun istefası məsələsini gündəmə gətirib. Britaniya mediasının yazdığına görə, bu gedişlə portuqaliyalı mütəxəssisin ən gec mövsümün sonunda qovulması ehtimalı yüksəkdir. Onun yerinə əsas namizəd isə “Leyptsiq”də uğurlu nəticələr göstərən 33 yaşlı alman Yulian Naqelsmandır.
Britaniya mediasında tez-tez belə fikirlər səslənir ki, daha əvvəl İngiltərədə “Mançester Yunayted”dən göndərilən Joze Mourinyonun məşqçi kimi dövrü bitib. Onun “Tottenhem”dəki uğursuz nəticələri də bu fikirləri qüvvətləndirir . Jozenin hazırkı komandasında daha çox müdafiə futboluna üstünlük verməsi, bu səbəbdən hücumda kəsərliliyin azalması faktı Mourinyonun tez-tez tənqid edilməsinə gətirib çıxarıb.
Son-Keyn cütlüyünə çox bağlı olan “Tottenhem” bəzi böyük matçları güclü müdafiə hesabına qazansa da, ortabab rəqiblərlə görüşdə vacib xallar itirib. Harri Keynin zədəsinə görə yaşıl meydanlardan uzaq qalması da hücum xətttində ciddi problem yaradıb.
Mourinyo əvvəlllər müdafiə futbolu (ingilis jurnalistlərin təbirincə desək, avtobus) oynadanda rəqiblərinə çox qol imkanı yaratmırdı. İndi isə həm yaradıcılıqdan uzaq bir futbol var, həm də rəqibə daha çox qol zonası açılır.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video