"Üzüntümüz sadəcə, mərhələ keçə bilməməyimizdir. İki oyunda qapımıza cəmi bir top gəldi. Onda da Səlahətin əlindən çıxdı və qol oldu".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis bəxtlərinin gətirmədiyini bildirib: "Üstünlük bizdə idi. Üzümdən də görürsünüz, zərrə qədər də heyfslənmək yoxdur. Bu gün meydanda super "Neftçi" var idi. Uğurlarımız gələcək. Bəzi məqamlar var ki, onları dəyişməliyik, bunun üçün də yayı gözləməliyik. Bu gün Monroz tam hazır deyildi, amma ondan da razı qaldım. Məncə, pis deyil, hər şey yaxşıdır".
Abasov hücum xəttində axsadıqlarını söyləyib: "Pis futbolçu yoxdur. Təklif olunan futbolçular var, lakin onlar mənim oyun tərzimə uyğun deyil. Onları götürməsəm də, oynaya bilərəm. Ümumi komanda hücumda iştirak etməlidir. Bəzi məqamlar var ki, hücumçu onu öz üzərinə götürməlidir. Bu oyunda biz bunun yoxluğunu hiss etdik. Biz demirik ki, Mirabdulla pisdir, yox. Sadəcə, tək onunla da alınmır".
Baş məşqçi qapıda yenidən Səlahət Ağayevə şans verməsinin səbəbini açıqlayıb: "Həvəsdən düşməməlidir. Bu gün də eyni səhvi edə bilərdi. Mən bütün məsuliyyəti öz üzərimə götürdüm".
Mütəxəssis "Qarabağ"la Azərbaycan Premyer Liqasının 15-ci turunda keçirəcəkləri matça da toxunub: "Bu oyun göstərdi ki, yaxşı yoldayıq. Sadəcə, bir az zaman lazımdır. Psixoloji durumumuzu düzəltməliyik. İnandırım sizi, çox yaxşı olacağıq. Bizə bir az vaxt lazımdır. "Qarabağ"ı yaxşı tanıyırıq, bizə çətin olacaq. Nəticə nə olur olsun, düzələcəyik. Bu gün mən rəhbərlikdən vaxt istəmirəm, lakin hamı anlamalıdır".(report.az)
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı