"Rəqibi mərhələni keçmək münasibəti ilə təbrik edirəm. Ancaq təbriklə kifayətlənmək niyyətində deyiləm. Bilmirəm, bu, adətdir, yoxsa nədir. Amma ardıcıl ikinci mövsümdür ki, hakim səhvlərinə görə 1/4 final mərhələsini adlaya bilmirik".
Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/4 finalında evdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları cavab oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, hakim səhvinə görə rəqibin qələbəsinə kölgə salmaq istəmir:
"Fasilədən sonra biz hücumda daha aktiv idik. İlk oyunda da sayılmayan qolumuz oldu. Futbolçuların əsəbləri ilə bu qədər oynamaq olmaz. Bilmirəm, amma komandamızın oyunlarında hakim səhvləri çoxalır. İlk oyundakı qol da təmiz idi. İstəməzdim hakimlik üzərində bu qədər dayanım, amma məcburam. Yenə də deyirəm, "Sumqayıt"ın qələbəsinə kölgə salmıram. Bütün gücümüzü çempionata yönəldəcəyik.
Hacıyev ardıcıl 4-5 futbol oynadıqlarını xatırladıb:
"Buna görə bəzi dəyişikliklərə zərurət var idi. Amil Yunanov da, Ruslan Hacıyev da bizim əsas oyuncularımızdır. Bəlkə də hesabı nəzərə alsaq, Yunanovu oyuna daha erkən buraxmaq olardı. Ancaq müdafiəçilərimiz də xeyli yorulmuşdu. İki hücumçuya keçdikdən sonra isə, əlavə vaxtı da nəzərə almaqla, 10 dəqiqənizi var idi. Təəssüf ki, qolumuzu gec vurduq".(Report)
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video