"Evdə qələbə qazanıb ümumən turnir cədvəlində vəziyyətimizi düzəltmək istəyirdik. Oyun istədiyimiz kimi gedirdi, qol da vurduq. Sonradan şanslardan istifadə edə bilmədik. Daha sonra oyunun gedişatı dəyişdi. Təəsüf ki, bu tur da istəyimizə nail ola bilmədik".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Zaur Həşimov Premyer Liqanın 19-cu turunda "Qəbələ"yə uduzduqları oyundan (1:2) sonra mətbuat konfransında deyib.
- Hər iki qolda Orxan Sadıqlının səhvi var idi. Hesab etmirsiniz ki, ən zəif bəndiniz qapıçınızdır?
- Bir neçə oyundur bu barədə danışılır. Az qala qapımıza gedən hər zərbə qolla nəticələnir. Meydanda legioner oynatmaq üçün məcburam ki, Orxanı qapıya qoyum.
- İkinci hissədə sönük olmağınız nə ilə bağlı idi?
- Əslində, bir neçə hücumumuz oldu. Hesabda öndə olanda istər-istəməz komanda geri çəkilir.
- Meydanın mərkəzində top paylayan yox idi. Cavid Hüseynovun yoxluğunda bu işi görə biləcək futbolçunuz olmur?
- Ümumən, komandada böyük problemlər var. Cavid cəzalı, Tellur zədəlidir. İstəsək də, əvəzetmələrdən oyunu gücləndirə bilmirik. Ortadakı futbolçularımız müdafiəyəmeyllilər idi. Buna görə də orada topu saxlamaqda çətinlik çəkirdik.
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı