"İndi istədiyimiz oyunçunu tapa bilmədik".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Abdolbari Goozal qış fasiləsində cəmi bir transferlə kifayətlənmələrinin səbəbini açıqlayarkən deyib.
O, transferlərlə bağlı bütün səlahiyyətləri baş məşqçi Qurban Qurbanova verdiklərini bildirib: "Biz Qurban bəyə səlahiyyət vermişik. Onun ixtiyarı tamdır. Yəni istədiyi oyunçunu ala bilər. Biz onun qarşısına heç bir məhdudiyyət qoymamışıq. Demək, Qurban bəy o qədər məsləhət görüb. Vallah, mən transfer məsələlərinə qarışmıram, özü baxır. Biz ona tam səlahiyyət vermişik".
A.Goozal legionerlərin "Qarabağ"a transfer olunmaları qarşılığında yüksək şərtlər irəli sürdüklərini də söyləyib: "Nəsə oyunçular buraya gələndə iki dəfə artıq pul istəyirlər. Onlar üstünlük verirlər ki, Avropa kuboklarında oynasınlar. Hələ "Qarabağ"ın adı var. Bəzi oyunçular gəlir, çünki Avropa kuboklarına vəsiqə qazanırıq". (Report)
Mahir Emreli ehtiyatda
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video