Birinci divizionda təxminən iki aylıq qış fasiləsi başa çatır. Klublar sabahdan çempionatın ikinci hissəsi üçün mübarizəyə başlayacaqlar.
Qol.az xəbər verir ki, çempionata hazırlığın son mərhələsini doğma meydanda keçirən “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə klubun mətbuat xidmətinə startla bağlı fikirlərini bölüşüb:
“Hansı səviyyədə hazır olduğumuzu hər halda çempionat oyunları göstərəcək. Əvvəlcədən nəsə demək düzgün olmaz. Rəhbərlik tərəfindən məşqlər üçün normal şərait yaradılmışdı. Gəncədə təlim-məşq toplanışı keçib, Bakıda yoxlama oyunlarına çıxdıq. Düzdür, yoldaşlıq görüşləri ilə çempionat arasında fərq var. Mənə elə gəlir ki, komandanın hazırlığı normal vəziyyətdədir”.
Baş məşqçi komandanın heyətinə cəlb olunan futbolçular haqda da danışıb: “Kəpəz”in heyətinə qış fasiləsi müddətində yeni oyunçular dəvət etdik. Komandamız 6 futbolçu ilə güclənib. Rəqabətin olması yaxşıdır. Bu uşaqlara inanırıq. Komandaya adaptasiya olunublar. Bəziləri daha öncə də “Kəpəz”də oynayıb. Uşaqların arasında yaxşı münasibət var, bu da komandanın xeyrinədir”.
Aşağı liqada II dövrəyə XIV turun oyunları ilə start veriləcək. Tur çərçivəsində “Kəpəz” Bakı səfərində MOİK-in qonağı olacaq: “Yaxşı oyun göstərməyə çalışacağıq. Yaxşı oyun olan yerdə nəticə də olur. Hər ikisi bizim üçün vacibdir”.
Fevralın 6-da keçiriləcək MOİK - “Kəpəz” görüşünə Lökbatan Olimpiya İdman Kompleksinin stadionu ev sahibliyi edəcək. Saat 14:00-da başlayacaq oyunun baş hakimi Fərid Hacıyev olacaq.
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi
"Məğlubiyyətin heyfini bizdən çıxmaq istəyəcəklər"
“Onlar pul üçün oynayırdı, biz isə…” - Aydın Süleymanlı
"Zirə"dən daha bir transfer
Qattuzonun yeni iş yeri açıqlandı
"Turan Tovuz"dan ayrılan futbolçu "Zirə"də - Yenilənib
"Jirona"da yeni baş məşqçi
Arbeloanın yeni klubu məlum oldu
“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşdi - Rəsmi
Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verildi
"Real"ın yetirməsi "Araz-Naxçıvan"da
"Xankəndi" üç futbolçu ilə yolları ayırdı
Skaloni: "Messi oyuna qoşulanda hamının enerjisi artır"
“Zirə”nin rəqibi xal itirdi
İspaniya millisinin məşqi yarımçıq dayandırıldı
Ronaldonu geridə qoydu, Klozeyə çatdı
Onlar da DÇ-2026 ilə vidalaşacaqlar
Fransa millisinin böyükhesablı qələbəsi - Video