"Zirə"nin qapıçısı Boyan Zoqoviç Azərbaycan Premyer Liqasının 11-ci turunda səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Çox gərgin oyun oldu. Həmçinin, bizim üçün böyük matç idi. Azərbaycan Premyer Liqasının demək olar ki, ən yaxşı komandasına qarşı oynadıq. Düşünürəm ki, yaxşı mübarizə apardıq. Lazım olan 1 xalı qazandıq. İlk hissədə o qədər də yaxşı mübarizə aparmadıq. İkinci hissədə daha yaxşı çıxış etdik. Sonda bir xalı qazandıq.
- Yeni baş məşqçinin gəlişindən sonra artıq ardıcıl xallar qazanmağa başlamısınız - ötən həftə "Sumqayıt"la, bu həftə isə "Qarabağ"la heç-heçə. Zaur Həşimov gələndən sonra nə dəyişib?
- İlk oyunu "Sabah"a qarşı oynamışdıq. Məncə, həqiqətən də layiqli mübarizə aparmışdıq. Amma o matçda da qalib gələ bilməmişdik. Növbəti turda "Sumqayıt"la qarşılaşdıq. Oyunumuz yaxşı alınmasa da, 1 xal qazanmışdıq. Və bu gün "Qarabağ"la oyunda da 1 xal aldıq. Düşünürəm ki, meydançada göstərdiyimiz xarakterdə müəyyən dəyişikliklər var. Unutmayaq ki, bizi qış fasiləsinə qədər 3 gərgin oyun gözləyir. Bəzən düşünürəm ki, hər üç 3 görüş bizim üçün final xarakteri daşıyır. Hər şey mümkündür.
- İlk dövrədə "Qarabağ"la oyundan sonra Asmir Beqoviç haqqında danışarkən tərifləyib, dostunuz olduğunu demişdiniz. Bu gün Riçard Qadze Beqoviçin qapısına baxımlı qol vurdu. Həm də son oyunlar Beqoviç çox qol buraxır. Fikriniz dəyişibmi?
- Bu sözləri dostumdur deyə demirəm. İngiltərə Premyer Liqası görmüş bir qolkiperdir. Nəinki Azərbaycanda, dünyadakı ən yaxşı qapıçılardan biridir. Həmçinin, Qadze də yaxşı futbolçudur, öz keyfiyyətini göstərdi. Beqoviçin "Qarabağ"da işi elə də çox deyil. Digər qapıçıları bilmirəm, mənim hər matçda minimum 4-5 qurtarışım olur. Düşünürəm ki, qurtarışlar "Qarabağ"da oynadığı üçün Beqoviçdə daha azdır.
- Avropa çempionatının seçmə mərhələsinə görə çempionatda fasilə yaranır. Bu, sizin üçün xeyirli olacaq yoxsa zərərli?
- Düşünürəm ki, bu görüşdən sonra 2 gün istirahətimiz olacaq. Daha sonra məşqlərə başlayacağıq. Unutmayaq ki, bizi "Keşlə" ilə gərgin oyun gözləyir. Bu, təbii ki, heç də asan olmayacaq. Amma orada qazanılan xallar bizim üçün çox vacib olacaq.
"Qarabağ"ın Avstriya hazırlığı davam edir - Şəkillər
Ronaldo niyə əvəz olunmadan oynayır?
Uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
"Sabah" Macarıstan klubu ilə heç-heçə etdi
Mundialda büdrədilər, baş məşqçi istefa verdi
Vinisius, Mbappe, Kenan...
Ölkə prezidenti millinin rəhbərliyini sərt tənqid etdi
“Nyukasl” futbolçusunu rekord maaşla heyətdə saxlayır
Konqo ilə matça qədər zədəsini sağaltdı
Kanada CAR-la oyuna necə hazırlaşır?
"Turan Tovuz"un yay hazırlıq planı bəlli oldu
"Matçın danışılmasından söhbət belə gedə bilməz"
"Futbolçular risk etməkdən qorxurlar"
"Real"ı tərk edə bilər
Kyeza göndərilir
İngiltərə millisində növbəti zədə
"Barselona" ekvadorlu istedadı transfer etdi
DÇ-2026: Qrup mərhələsinin rəmzi komandası
Montella Türkiyə millisində qalır!
Martines: “Bu, uşaq yanaşması olardı”
Mundialda Afrika rekordu
Leandro Andrade “Qarabağ”la bu sözlərlə vidalaşdı
“Şah”ı mat edən Aydın
Savodan het-trik, Cəfərquliyevdən gözəl qol ötürməsi - Video
Komandası qrupda qaldı, baş məşqçi istefa verdi
Qurban Qurbanov azarkeşləri sevindirdi - Video