"Asan qrupa düşdüyümüzü düşünmürəm. Rəqiblərimiz çox şeyi çətinləşdirmək niyyətində olan komandalardır".
Qol.az xəbər verir ki, bu sözləri "Sevilya"nın baş məşqçisi Xulen Lopeteqi İspaniya mətbuatına açıqlamasında deyib.
Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la keçiriləcək oyun üçün Bakıya yola düşən komandanın çalışdırıcısı səfər öncəsi qarşıdakı görüşlə bağlı danışıb. O, "Qarabağ"ın digər İspaniya təmsilçisi "Atletiko"nu Çempionlar Liqasında büdrətdiyini xatırladıb:
"Qarabağ" bir müddət əvvəl "Atletiko"nu Çempionlar Liqasından uzaqlaşdırdı. APOEL isə ötən mövsümün yarımfinalçısına çətin anlar yaşatdı. Meydanda mübarizə apararaq, layiqli qələbə qazanmalıyıq. Əsas odu ki, biz bunu istəyirik".
Lopeteqi qarşıda onları sıx oyun qrafiki gözlədiyini və buna görə də heyətdəki futbolçuların hamısından istifadə edəcəyini biildirib: "Məqsəd oyunçulara güclü rəqabət yaratmaqdır. Hədəflərə çatmaq üçün hər kəsə ehtiyacımız olacaq. Çünki dekabra qədər hər cümə axşamları və həftəsonları oyun keçirəcəyik. Bütün heyətin xidmətinə ehtiyacımız olacaq".
Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Sevilya" oyunu saat 20:55-də başlayacaq.
Hasan Şaş saxlanıldı
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı