“Azərbaycan millisinin Uels və Xorvatiya yığmalarına qarşı sərgilədiyi futbol, oyun nizam-intizamı bizi qane etdi. Düzdür, Kardiffdə heç-heçə hesabını sonadək qoruya bilmədik, amma bunun da obyektiv və subyektiv səbəbləri var”.
Bunu AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində səfərdə Uels yığmasına məğlubiyyətini və Bakıda Xorvatiya ilə heç-heçə oynamasını şərh edərkən deyib.
60 yaşlı mütəxəssisin sözlərinə görə, Kardiffdəki oyunda baş hakim Farrucia Kann Trustinin səhvləri nəticəyə təsir edib: “İkinci qolda qapıçımız Səlahət Ağayevə qarşı aşkar qayda pozuntusu vardı. Bunu dəqiqliklə deyə bilərəm. Yan xətt hakimi həmin epizodda bayrağını qaldırsa da, referi ona məhəl qoymadı. Heyətdə bəzi itkilər olsa da, gənclər özlərini yaxşı tərəfdən göstərdilər. Bu, sevindirici haldır. Həm Uelslə, həm də onun davamı kimi Xorvatiya ilə qarşılaşmada millimiz tamamilə fərqli oyun sərgilədi. Kardiff şəhərindən Vətənə xalla olmasa da, ümidverici oyunla döndük. Bakıda isə güclü Xorvatiya komandasına qarşı xüsusən də 2-ci hissədə çox gözəl futbol nümayiş etdirməklə ilk xalımızı qazandıq. Ancaq mənim üçün xaldan önəmlisi gənc futbolçularımızın performanı və ortaya qoyduğumuz oyun oldu. Azarkeşlərimizi də qeyd etmək istərdim. İlk dəqiqələrdən sonadək komanda ilə birgə nəfəs aldılar. Xorvatiya ilə matçda baş məşqçimiz Nikola Yurçeviçin əvəzetmələri də böyük rol oynadı. İlk yarı ilə müqayisədə, fasilədən sonra tam fərqli oyun modelinə keçməklə üstünlüyü ələ aldılar. Biz sona qədər hücumda olan bir Azərbaycan millisi gördük. Həmçinin müdafiədə də çox etibarlı çıxış etdilər. Komandanın əhval-ruhiyyəsi çox yaxşıdır. Bu çıxışın davamını gözləyirik”.

Sadıqov heyətdə yer alan gənclərin gələcəyə nikbin baxmağa əsas verdiyini vurğulayıb: “Əvvələr deyirdik ki, hansısa səbəblərdən heyətdə itkilər var. Ancaq son 2 matçda itkiləri əvəz edənlər işlərinin öhdəsindən çox yaxşı gəldilər. Qapıçı Emil Balayevdən tutmuş, Bəhlul Mustafazadə, Ramil Şeydayev, Mahir Emreli və digərləri çox inamlı oynadılar. Bu gənclər gələcəyə nikbin baxmağımıza əsas verir”.
Azərbaycan millisinin sabiq baş məşqçisi olan Sadıqov Xorvatiya yığması ilə heç-heçəyə görə heyət üzvlərinə mükafat verilməsinə də toxunub: “Heç bir futbolçu millinin forması ilə oyunlara mükafat üçün çıxmır. Bunu həm şəxsi təcrübəmə, həm də hazırkı müşahidələrimə əsasən deyirəm. Heç bir oyunçu ölkəsinin əsas komandasında mükafat iddiası da qaldırmır. Ardıcıl 5 oyunda uduzub, 6-cı matçda xal qazanırıqsa, həvəsləndirici mükafat ola bilər. Bu, bütün dünyada normal qəbul olunmuş haldır və təbii qarşılanmalıdır. İstər milli komandalarda, istərsə də klublarda mükafat verirlər. Xorvatiya ilə bərabərliyə görə mükafatın verilib-verilməməsindən xəbərsizəm. Verilbsə, bu, normal haldır. Bizim də vaxtımızda həvəsləndirici mükafatlar vardı. Bunu da seçmə mərhələnin əvvəlində təyin edirdilər. Ancaq yenə deyirəm, bizim dönəmimizdə milliyə dəvət alanlar mükafat məsələsinə önəm vermirdilər. İndi də elədir. Milli komandanın formasını geyinən şəxs vətəni, xalqı, öz ailəsi üçün meydana çıxır. Belə məqamlarda mükafat fikirləşmirlər. Bu gün 8 komandanın iştirak etdiyi Azərbaycan Premyer Liqasında klublar nəticələrə görə mükafat verirlərsə, beynəlxalq miqyasda uğur əldə edən milli üzvlərinə niyə verilməsin? Bir daha təkrar edirəm, millidə oynayanlar mükafat fikirləşmirlər. Digər tərəfdən, bir futbolçunun milliyə düşməsi onun inkişafı üçün geniş imkanlar açır. İnkişaf olandan sonra pul onsuz da özü gəlir”.
Qeyd edək ki, Uelsə səfərdə 1:2 hesabı ilə uduzan Azərbaycan millisi Xorvatiya ilə ev oyununda heç-heçəyə nail olub - 1:1 (Report).
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır
"Zirə" yeni futbolçu transfer etdi
Azərbaycan millisinin oyunlarının tarixləri məlum oldu - AÇ
Kadinin cəzası açıqlandı
AFFA bu klubları cərimələdi
Keyruş yenidən Qana millisində
Ançelotti "Real"ı ziyarət etdi - Şəkillər
Robinyonun oğlu İtaliya klubunda
"Tottenhem"dən "Sanderlend"ə
"Bizə ÇL-də oynamaq hüququnu Azərbaycan çempionatı verir"
PFL Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
"Bizi “Moneyball” fəlsəfəsi ruhlandırdı" - Maqsud Adıgözəlov
"UEFA turnirinin "Qarabağ"ın çempionluğunda böyük rolu oldu"
"Trabzonspor" tarixinin ən bahalı transferini etdi
Dzeko millidə son oyununa çıxacaq
"Mançester Siti"dən "Benfika"ya keçdi
Misli Premyer Liqasında 4-cü turun hakimləri müəyyənləşdi
"Sabah"ın rəqibindən 3 transfer
Stefan El-Şaaravinin yeni klubu açıqlandı
Fabreqas A Seriyasının ən yaxşı məşqçisi seçildi
"Sabah" futbolçusunu icarəyə göndərdi
Daha bir klub ev oyunlarını Şamaxıda keçirəcək
Obameyanq Qabon millisindən getdi
"Napoli" kapitanla müqaviləni uzatdı
“Sabahın Ulduzları”: 8-ci tur başladı
"Səbail"dən adının dəyişdirilməsi ilə bağlı - Açıqlama
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi