"Qarabağ"ın APOEL-lə oyunlar üçün sifariş ərizəsi

"Qarabağ"ın APOEL-lə oyunlar üçün sifariş ərizəsi
ÖLKƏ FUTBOLU 2 Avqust 2019 / 17:34 9311
-  A +

“Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-lə (Kipr) oyunlar üçün sifariş vərəqəsini UEFA-ya təqdim edib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi 25 futbolçu sifariş verib. Heyətdə 4 qapıçı, 7 müdafiəçi, 12 yarımmüdafiəçi və 2 hücumçu yer alıb.

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Vaqner da Silva, Nicat Mehbalıyev, Məmməd Hüseynov

Müdafiəçilər: Ailton Silva, Rahil Məmmədov, Maksim Medveyev, Rəşad Sadıqov, Abbas Hüseynov, Bədavi Hüseynov, Rerrars Faysal

Yarımmmüdafiəçilər:  Qara Qarayev, Simeon Slavçev, Araz Abdullayev, Miçel, Xayme Romero, Dani Kintana, Abdullah Zubir, İsmayıl İbrahimli, Filip Ozobiç, Riçard Almeyda, Hacıağa Hacılı, Tural Bayramov

Hücumçular: Mahir Əmrəli, Maqaye Qeye

Qeyd edək ki,  "Qarabağ" APOEL-lə avqustun 6-da səfərdə, 13-də isə Bakıda qarşılaşacaq.

Daha çox


Son xəbərlər
topaz banner