"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Dundalk"la cavab matçından (3:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Təcrübəlli müdafiəçi əvvəlcə qələbəni şərh edib.
- Oyun necə gözləyirdiksə, elə də keçdi. Bilirdik ki, gərgin matç olacaq. İlk oyundan göründü ki, rəqib xarakterli, təslim olmadan mübarizə aparan komandadır. Elə alındı ki, erkən qol vurduq. Belə olanda da bilmirsən ki, hücum edəsən, yoxsa müdafiəyə çəkiləsən. Qol epizodları yaradırdıq, şanslarımız olurdu. İkinci hissənin 10 dəqiqəsində rəqib hücumlara atılmağa, risk etməyə başladı. Həmin anlarda təmkinli oynadıq və daha sonra iki qol vurduq, mərhələ keçdik.
- Yəqin ki, ötən gün APOEL-in “Sutyeska” ilə oyununu (3:0) izləmişdiniz?
- Yeganə bildiyimiz informasiya o idi ki, qalib gəlsək, APOEL-lə, uduzsaq, “Slovan”la qarşılaşacağıq. Qalib gəldik, Nikosiya təmsilçisinə rəqib olduq. Səhv etmirəmsə, ilk dəfə Kipr klubu ilə qarşılaşacağıq. Rəqib təcrübəli komandadır. Bilirik ki, evdə üzərimizdə üstünlük əldə etməyə çalışacaqlar. Əlimizdən gələni edəcəyik ki, ev oyunu öncə sərfəli nəticə qazanaq.
- Komanda üç qol vursa da, çox şansları əldən verdi. Zamanla hər şey düzələcək?
- Özünüz də bilirsiniz ki, bu, hər zaman olub. Bir növ ilk oyundakı kimi oldu. İlk qoldan sonra çoxlu şanslarımız yarandı. Rəqib bir az təzyiq etməyə başladı. Bir anlıq ilk oyunu xatırlatdı. Şükürlər olsun ki, sonluq fərqli oldu. Belə epizodlar olur. Komanda indi pik formada deyil. Ümid edirəm ki, oyundan-oyuna artıracağıq.
- İctimaiyyət belə düşünür ki, bu dəfə püşk “Qarabağ”ın üzünə gülür...
- Mən belə xatırlamıram ki, ictimaiyyət püşkün bizim üzümüzə güldüyünü desin. “Atletiko”, “Roma” ilə oyunlarda bizdən xal qazanmağı gözləyiblər. Bir top fərqiylə uduzanda insanlar məyus olurdu. Bizdən gözlənti çoxdur, bunu da anlayırıq. Püşkdən danışırıq, ancaq ilk mərhələdə “Partizani” hesab 1:0 olanda təzyiq yaratmışdı, ardıcıl 5-6 künc zərbəsi yerinə yetirilirdi. Bu gün də hesabda 1:0 öndə olanda “Dundalk” təzyiq edirdi. Bura Çempionlar Liqasıdır, asan rəqib olmur, təslim olmaq istəyən yoxdur. İndi rəqib təcrübəli APOEL-dir. Püşkün hansı komandanın üzünə güldüyünü bilmirəm.
- Azarkeşlərlə polislər arasında insident yaşandı. Həmin anda nə baş verdi?
- Tək mənim deyil, bir anlıq hamının fikri yayındı. Azarkeşlərlə polislərin arasındakı problem bizə də təsir edir. Elə dəqiqələrdə idi ki, rəqib üzərimizdə təzyiq yaratmışdı. Bizim də onlara ehtiyacımız var idi. Bir anlıq baxdıq və dedik ki, oyuna davam edək. Çünki bunun nə bizə, nə də azarkeşlərə faydası olacaqdı. Əlimlə də jest etdim ki, sakitləşsinlər, çünki insident olmasını istəmirdik.
- APOEL-lə səfər oyununda təxribat olacağını gözləmək olar. Çünki daha əvvəl “Neftçi” ilə oyunda azarkeşləri belə edib.
- Bilirik. “Qəbələ” və “Neftçi”nin Kiprdə keçirdikləri oyunlardan xəbərimiz var. Məşqçilərimiz də bunun üzərində işləyəcək. Maksimumum səbirli olmalıyıq. İstər meydanda, istərsə də kənarda baş verə biləcək təxribata getməməliyik. Çünki ilk növbədə bizim üçün ən önəmli olan nəticədir. Onların nəticəyə yox, ancaq bizə təsiri ola bilər.
- Mahir Emrelinin adı İspaniya klubları ilə hallanır. Sizcə, o getməlidirmi?
- Tək Mahir deyil, bizdə çox futbolçuya təklif gəlir. Bəzilərində ictimaiyyət bilir, digərlərində isə yox. Belə hallarda məşqçilər və futbolçu söhbət edib, ortaq nəticəyə gəlirlər. Əgər Mahirin gələcəyi üçün xeyirlidirsə, hamımız istəyirik ki getsin, böyük futbol oynasın. Çünki ona uyğun potensialı var. Əgər faydası olmayacaqsa, qalması məsləhətdir.
- Sizin daha əvvəllər İspaniyada oynamaq şansınız olub?
- Mənim belə variantım olmayıb. O vaxt İspaniyaya yollanmışdım, gedəndə bildim ki, məni gözləyən yoxdur. Əslində, belə təklif olmamışdı.(matc.az)
Mundialda ilk 1/4 finalçı onlar oldular
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib
"Almaniya millisində işləməyə hazıram” - Klopp
"İmişli"də daha bir ayrılıq
Məhəmməd Salahın qələbə şousu - Video
"Hər kəsə çay içməyi məsləhət görürəm"
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
40 yaşlı Modriç "Milan"da qalır
Skaloni Argentina millisi ilə 100-ə çatdı
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi
Messi 40 yaşlı Vozinyaya heyran qaldı
Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!
Amansız mübarizə və Argentinanın 1/8 final sevinci - Video
Bombardirlər siyahısı - Messi yenidən zirvədə
İngiltərə millisinə yuxu dərmanı veriləcək
UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı
DÇ-2026: 1/8 finalın bütün cütlükləri
Argentina və Kolumbiya da 1/8 finala adladı - Yenilənib
Avtoqol, penaltilər seriyası, Misirin qələbəsi - Video
Oyunun ən yaxşısı Messi oldu
Dünya çempionatında avtoqol rekordu
Salah oyunun ən yaxşısı seçildi
"Şamaxı" üçün daha bir rəqib
Misir 1/8 finalda - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı