“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov “Sumqayıt”a 1:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra sualları cavablandırıb.
- Mövsümlərarası fasilədə komandanız ilk yoxlama oyununu keçirdi. İlk təəssüratlarınız necə oldu?
- Ümumilikdə 14 futbolçunun xidmətindən istifadə edə bilirdik. Üç zədəlimiz var ki, onlardan yararlanmadıq. İlkin Qırtımovun yüngül ağrıları var idi, Ceyhun Muxtarlı hələ divizionda oynadığı müddətdə aldığı zədədən qurtulmayıb. Nəhayət, Emin Quliyev də eyni problem səbəbindən bizə kömək edə bilmirdi. Sıralarımızda bir 19 yaşlı futbolçu da var idi - əvəzedici heyətdən Pərviz Azadovu dəvət etmişdik. Buna baxmayaraq, komandadan razı qaldım. 12 günlük ağır yüklənmələrin fonunda sərgilənən oyun mənə perspektivdə işimizin bəhrəsini görəcəyimizə ümid verir. Ən çox Emin Mehdiyev sevindirdi. Əzmkarlığı, istəyi, komandaya tez uyğunlaşmağı xoş sürpriz idi. Floresi qeyd edərdim. Onun inamlı oyununu qeyd etməliyəm. Komandamız barədə onu deyə bilərəm ki, nikbin fikirlər formalaşdırdı: “Keşlə” 90 dəqiqə mübarizə aparmaq gücündədir.
- Komandanız ilk 15 dəqiqəyə olduqca sürətli başladı. Bu, sizin tapşırığınız idi, yoxsa futbolçular həddən artıq istəkli idilər?
- Əvvəlcədən bilirdim ki, komanda yorğunluq fonunda dalğavari tempdə oynayacaq: hansısa dəqiqələrdə yüklənmə özünü çox göstərəcək, hansısa məqamda hiss olunmayacaq. Ancaq uşaqlara demişdim ki, ilk dəqiqələrdən gücünüz çatan qədər yüksək tempdə oynayın. Çünki gördüyümüz işin faiz nisbəti ilə hansı dərəcədə olmasını görməli idik. Həm də biz desək də, deməsək də, meydanda futbolçular özləri qərar verir. Bu da istəkdən qaynaqlanan məqamdır.
- Meydanda iki iranlı futbolçu da gördük - biri mərkəz müdafiəçisi, biri də mərkəz yarımmüdafiəçisi. Onlarla bağlı qərar vermisinizmi?
- Hər ikisini yola salacağıq. Özlərini istədiyimiz səviyyədə göstərə bilmədilər.
- Stanislav Namaşkonun gətirilməsi hansı zərurətdən irəli gəldi?
- Komandada rəqabət olmalıdı. Rəşad Əzizlini dəvət etdikdə digər qapıçı kimi Dmitri Bezotosnı ilə danışıq aparırdıq. Lakin ukraynalı əlcək sahibi sonda bizi seçmədi. Ümumiyyətlə, bizə çox qapıçı təklif olunmuşdu. Məsələn, Polşadan, Xorvatiyadan. Elə qapıçılar oldu ki, təklifimiz onları qane etmədi, elələri oldu ki, oyun praktikasından əziyyət çəkdikləri üçün bizə sərf etmədi. Namaşkoda isə belə problem yox idi. Monteneqroda stabil olaraq oynayıb, komandası bürünc medalçı olub və avrokuboklara vəsiqə qazanıb. Bundan əvvəl isə Yunanıstan çempionatında çıxış etmişdi.
- Oyunun gedişatında Rəşad Sadiqovu da meydanda gördük. Bu, oyunçu qıtlığı ilə bağlı idi, yoxsa qarşıdakı mövsüm onu yenə meydanda görəcəyik?
- Sadiqov komandamızda oynayan məşqçi funksiyasını yerinə yetirir. Bu gün oyunçu qıtlığı var idi. Mövsümün gedişatında hansısa oyunda onun futbolçu kimi xidmətinə yenidən ehtiyac duya bilərik. Ümumilikdə isə Rəşadın komandanın daxilində olması vacibdir. O, komandada bir lider, ağsaqqal kimi olacaq. Buğünkü hala gəlincə, Kamara bir qədər özünü pis hiss etdiyindən, Sadiqovu meydana buraxdım.
- Seleksiyaçı-məşqçi Bəxtiyar Musayevin yola salınma səbəbi nə ilə əlaqədardır?
- Bu, rəhbərlik səviyyəsində verilən qərardır. Futbolçulardan savayı, bir sıra əməkdaş oldu ki, ixtisara salındı. (Report.az)
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər
PSJ-nin qapıçısı Portuqaliya klubuna keçdi
"Qərar hansı əsasla ləğv edildi?" - Tomas Tuxel
"Milan"ın oyunçusu sıradan çıxdı
Millinin baş məşqçisindən rəqib oyunçuya qeyri-etik ifadə
"Sumqayıt"ın rəqibləri bilindi
"Üzərimizdə böyük məsuliyyət var" - Valdas Dambrauskas
Arne Slot Niderland millisinin baş məşqçisi ola bilər
Musiala əməliyyat olundu
Felipe Luisin təyinatı açıqlandı - Rəsmi
15 gün əvvəl müqaviləni yenilədiyi "Qəbələ"dən ayrıldı
“Zirə”nin rəqibindən transfer
“Kamilo Duranın transfer danışıqlarında irəliləyiş var”
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Premyer Liqa klubunda yeni baş məşqçi
“Tottenhem” tarixinin ən bahalı transferi oldu
“Zirə” - “Torpedo” oyununun biletləri satışa çıxarılır
TNS-in baş məşqçisindən "Sabah" haqda - Açıqlama
Norveç şahzadəsi Haalandla görüşdü
Belçika Futbol Assosiasiyası FİFA-nın qərarından şoka düşüb
Azərbaycandan getdi, Tayland klubuna keçdi
"Futboldan başı çıxmayan iki adam..." - Kloppdan sərt sözlər
Keyn mundiallar tarixinə belə düşdü
Seneqal millisinin liderləri arasında münaqişə
Azərbaycan klublarının avrokuboklar mövsümü başlayır
İngiltərə millisinin futbolçusu qələbə sevincində zədələndi
Bellinqem "ən yaxşı" seçildi
Bombardirlik yarışında “amansız mübarizə”
“Vikinq gəmisi” dayanmır! - Video
DÇ-2026: 1/4 finalın ilk iki cütü müəyyənləşib
Haaland matçın ən yaxşısı seçildi