"Maraqlı oyun alındı. 0:2 hesabı ilə uduzsaq da, bu, elə də önəmli deyil. İlk yoxlama matçımız idi. Fiziki güc yığmaq önəmli idi. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki oyunumuza qədər hələ 3 yoxlama görüşümüz var".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev deyib. Bolqarıstanlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında dünən Avstriya toplanışı çərçivəsində "Ludoqorets"ə 0:2 hesabı ilə uduzduqları yoxlama oyununu şərh edib:
"İstəkli olmağım normaldır. Çünki hamı start heyətinə düşmək üçün mübarizə aparır. Hər kəs maksimum gücünü ortaya qoymağa çalışır. Bu, adi yoxlama matçı deyildi. Çox keyfiyyətli oyun alındı. "Ludoqorets" əla təsir bağışladı. Onlar təsadüfi çempion olmadıqlarını sübut etdilər. Güclü futbolçuları var".
Slavçev avrokuboklarda klubun qarşısına qoyulan hədəfləri də açıqlayıb: "Hədəflər yüksəkdir. Çempionlar Liqası, ən pis halda Avroliqanın qrupuna düşmək istəyirik. "Qarabağ" yaxşı təşkilatlanmış komandadır. Bu cür nəticələr gözləmək normaldır".
"Qarabağ"dakı gələcəyi haqda da danışan yarımmüdafiəçi komandasını dəyişmək haqda düşünmədiyini bildirib: "Ölkə xaricində oynadığım üçün çox xoşbəxtəm. Avropada adımdan söz etdirmək üçün mübarizə aparıram. "Sportinq" və "Bolton"da oynamaq imkanım oldu. Amma həmin klublarda möhkəmlənə bilmədim. Mənim üçün uğursuz anlar oldu. İndiki məqamda dəyişiklik haqda düşünmürəm. Tam olaraq, öz oyunuma köklənmişəm".
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər
PSJ-nin qapıçısı Portuqaliya klubuna keçdi
"Qərar hansı əsasla ləğv edildi?" - Tomas Tuxel
"Milan"ın oyunçusu sıradan çıxdı
Millinin baş məşqçisindən rəqib oyunçuya qeyri-etik ifadə
"Sumqayıt"ın rəqibləri bilindi
"Üzərimizdə böyük məsuliyyət var" - Valdas Dambrauskas
Arne Slot Niderland millisinin baş məşqçisi ola bilər
Musiala əməliyyat olundu
Felipe Luisin təyinatı açıqlandı - Rəsmi
15 gün əvvəl müqaviləni yenilədiyi "Qəbələ"dən ayrıldı
“Zirə”nin rəqibindən transfer
“Kamilo Duranın transfer danışıqlarında irəliləyiş var”
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Premyer Liqa klubunda yeni baş məşqçi