Azərbaycan Premyer Liqasında 2019-2020-ci illər mövsümünün başlanma tarixi müəyyənləşib.
Qol.az-ın xəbərinə görə, bu barədə Peşəkar Futbol Liqasının saytı məlumat yayıb. Növbəti mövsümə avqustun 16-ı start veriləcəyi bildirilib.
Qeyd edək ki, ötən mövsüm ölkə çempionatının qalibi "Qarabağ" olub.