“Formula 1” Azərbaycan Qran-prisinin promouteri Arif Rəhimov kanalizasiya lyukunun qoparaq britaniyalı pilot Corc Rasselin bolidinə zərər yetirməsi olayından danışıb.
Qol.az “championat.com” saytına istinadən xəbər verir ki, jurnalistlərlə görüş zamanı Rəhimov bildirib ki, “Uilyams” komandasına dəyən zərər mərhələ təşkilatçısının sığortası hesabına ödəniləcək:
“Bizdə küçə trasıdır. Bu səbəbdən də orada 300-dən çox lyuk var. Biz bütün lyukları bərkitmişdik və yarışlar başlamazdan bir neçə gün öncə hər birini yoxlamışdıq. İndiki halda problemi ilk baxışdan görmək mümkün deyildi. Problem aşağı hissədən qaynaqlanmışdı – lyuku saxlayan qarmaqlar paslanmışdı. Buna görə də “Uilyams” komandasının başına belə bir bəla gəldi.
Lakin bu kimi hallar baş verir və bunu ilk biz yaşamırıq. Oxşar hadisə Monakoda, Çində və Malayziyada da olub, yəni nəinki şəhər, hətta stasionar traslarda da baş verə bilir. Biz dəfələrlə “Uilyams” komandasından üzr istədik. Komandaya dəyən ziyan sığorta hesabına ödəniləcək. Hələlik hansı məbləğdən söhbət getdiyini bilmirik, lakin o, dəqiq ödəniləcək”.
Rəhimov bildirib ki, hadisədən sonra bütün lyuklar bir daha yoxlanılıb, təşkilatçılar analoji hadisənin təkrar baş verməməsi üçün bütün tədbirləri görüblər:
“Bu olaydan sonra biz hər lyuku dörd dəfə yoxladıq. 100 faizlik təminat, yəqin ki, heç nədə mümkün deyil, lakin biz 99,9 faiz zəmanət veririk. Bir daha belə bir şey baş verməyəcək” (Qafqazinfo).
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov
"Neftçi"dən ayrılan Piriç bu kluba keçdi
İsveçrə millisinin üzvü "Torino"da
Türkiyəli mütəxəssis Azərbaycan millisindən getdi
"Sabahın Ulduzları": 8-ci tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Taliska "Fənərbaxça"dan getdi
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır
"Zirə" yeni futbolçu transfer etdi