"Qəbələ" və "Neftçi"nin oyunlarına necə baxaq?
Topaz Premyer Liqanın 24-cü turunda bu gün keçiriləcək "Keşlə" - "Qəbələ" və "Səbail" - "Neftçi" oyunları canlı yayımlanacaq.
Qol.az-ın məlumatına görə, hər iki qarşılaşma "CBC Sport" telekanalının canlı efirində olacaq.
Qeyd edək ki, "Keşlə" - "Qəbələ" görüşü saat 15:00-da, "Səbail" - "Neftçi" matçı isə 18:00-da start götürəcək.