Əvvəl "Zirə", sonra "Qarabağ" - hər ikisi canlı
Topaz Premyer Liqanın 24-cü turunda bu gün keçiriləcək "Zirə" - "Sumqayıt" və "Qarabağ" - "Sabah" oyunları canlı yayımlanacaq.
Qol.az-ın məlumatına görə, hər iki qarşılaşma "CBC Sport" telekanalının canlı efirində olacaq.
Qeyd edək ki, "Zirə" - "Sumqayıt" matçı saat 16:00-da, "Qarabağ" - "Sabah" görüşü isə 18:30-da başlayacaq.