AFFA “Ağ şəhər”də tikilməkdə olan “Hünər qüllələri” adlanan yaşayış kompleksinin məxsus olduğu “Huner Group” şirkətini məhkəməyə vermək niyyətindədir.
Qol.az cebhe.info saytına istinadən xəbər verir ki, bu yaxınlarda sosial şəbəkələrdə yaşayış kompleksində olan futbol meydançasından çəkilən bir videoçarx paylaşılıb. Orada millimizin və “Keşlə“ klubunun qapıçısı Kamran Ağayev də yer alıb. Bu isə ciddi narazılığa səbəb olub. AFFA reklamı çəkən şirkəti məhkəməyə verməklə hədələyib.
Məsələ ilə bağlı “Huner Group”un mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında federasiyanın onları məhkəməyə vermək istədiklərini təsdiq edib:
“Bu məsələyə görə, bizə AFFA-dan zəng eləmişdilər. Biz konkret olaraq Kamran Ağayevlə reklam xarakterli videoçarx çəkmişik. Zəng edən – AFFA-nın hüquq məsələləri üzrə əməkdaşı bildirdi ki, Kamran Ağayevin əynindəki formaya görə, reklam paylaşılan hər yerdən silinməlidir. Biz də qeyd etdik ki, bu forma bazarda satılır, almışıq və hər kəs də bundan istifadə edə bilər. Biz AFFA-nın loqosundan məqsədli şəkildə istifadə etməmişik. Federasiyanı reklam və ya antireklam da etməmişik. Hüquqşünas xanım bildirdi ki, AFFA-nın tərəfdaşı olmayan şirkətlər loqodan istifadə edə bilməzlər. Hər hansısa futbolçunu reklama çəkmək üçün onlardan icazə almalıyıq. Biz də qeyd etdik ki, bir çox futbolçulara müraciət etdik. Onlar bu məsələyə görə, AFFA-dan icazə almalı olduğumuzu dedilər. Lakin Kamran Ağayevlə əlaqə quranda bizə belə bir məsələ haqda məlumat vermədi. Artıq bu, onunla federasiya arasında olan bir problemdir. Xanım bizə bir daha xatırlatdı ki, videoçarxı silməyəcəkləri təqdirdə hüquq-mühafizə orqanlarına müraciət edəcəklər. Biz də qanunsuz heç bir iş görmədiyimizi, istənilən dairəyə müraciət edə biləcəklərini xatırlatdıq. Onların məhkəməyə müraciət edib-etmədikləri haqda bizə məlumat verilməyib”.
Nəsimi Paşayev problemin sırf reklamdan qaynaqlanmadığını vurğulayıb:
“Mən belə düşünürəm ki, onlar Qurban Qurbanov məsələsini ortaya atıblar. Mən sizin vasitənizlə xahiş edirəm ki, bizi belə problemlərə aid eləməsinlər. Biz sadəcə bazardan forma almışıq, Kamran Ağayevə geyindirmişik və video çəkmişik. Qurban Qurbanovla, Kamran Ağayevlə bağlı məsələlərini, planlarını bizim üstümüzdən həll etməyə çalışmasınlar. Əgər qanunsuzluq etmişiksə, istənilən zaman hüquq-mühafizə orqanları qarşısında cavab verməyə hazırıq”.
Qeyd edək ki, sözügedən reklamın çəkildiyi idman zalında "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovun posteri var. Bəzi məlumatlara görə, posterin vurulmasına səbəb “Huner Group”un sahibi ilə Q.Qurbanov arasında münasibətlərin yaxşı olmasıdır.
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov
"Neftçi"dən ayrılan Piriç bu kluba keçdi
İsveçrə millisinin üzvü "Torino"da
Türkiyəli mütəxəssis Azərbaycan millisindən getdi
"Sabahın Ulduzları": 8-ci tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Taliska "Fənərbaxça"dan getdi
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır