"Milliyə qayıtdığım üçün çox sevinirəm. Bu mənim üçün yaxşı oldu. Görünür, “Dinamo”dakı çıxışım baş məşqçini qane edib. Zaqreb klubu keyfiyyətlərimi üzə çıxarmağımda kömək etdi. Azarkeşlərin, komanda yoldaşlarımın və texniki heyətin tələblərini qarşılamaq üçün əlimdən gələni edəcəm".
Qol.az-ın məlumatınagörə, bu sözləri Xorvatiya millisinin və Zaqreb "Dinamo"sunun müdafiəçisi Marin Leovats ölkəsinin mətbuatına deyib.
O, "Avro-2020"nin seçmə mərhələsində keçiriləcək millimizlə oyun barədə də fikirlərini bildirib: "Azərbaycanla oyunda şans verilərsə, bacarığımı ortaya qoyacam. Təbii ki, hədəfimiz doğma azarkeşlər önündə qələbə qazanmaq və uğurlu başlanğıc etmək olacaq. Həm Azərbaycan, həm də Macarıstanla görüşdə xal itirmək olmaz” - deyə o bildirib.
Qeyd edək ki, Xorvatiya qrupda ilk oyununu martın 21-də evdə yığmamıza qarşı keçirəcək.
"Karvan-Yevlax"dan getdi
Kurt Zuma BƏƏ klubunda
Yamal rekorda imza atdı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı