Arazın əvəzedici komandaya göndərilməsinin səbəbi - açıqlama

Arazın əvəzedici komandaya göndərilməsinin səbəbi - açıqlama
XƏBƏR 23 Fevral 2019 / 18:46 6201
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov əsas komandasının futbolçusu Araz Abdullayev əvəzedici komandaya göndərilməsinin səbəbini açıqlayıb.

Qol.az-ın məlumatına görə, Topaz Premyer Liqasının 18-ci turunda "Sabah"la  matçdan (1:1) sonra "CBC Sport"a bununla bağlı da  danışan 46 yaşlı mütəxəssis deyib:

"Abdullayevin son zamanlar performansından razı deyildik. Hazırlıq səviyyəsi bizi qane etmirdi. Ona görə də qərara gəldik ki, əvəzedici heyətə göndərək".

Qeyd edək ki, millimizin üzvü  birinci divizionun 16-cı turunda “Şüvəlan”la səfər oyununda (3:1) iştirak edib.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner