Şok məğlubiyyətin səbəbkarını tapdılar (FOTOLAR)

Şok məğlubiyyətin səbəbkarını tapdılar (FOTOLAR)
DÇ-2010 17 İyun 2010 / 13:15 3359
-  A +

İspaniyanın futbol azarkeşləri milli komandalarının dünən İsveçrəyə 0:1 hesablı sensasiyalı məğlubiyyətinin səbəbkarını tapıblar. Qol.Az-ın məlumatına görə, ispanlar hesab edir ki, komandanın uğursuzluğu millinin qapıçısı İker Kasilyasın sevgilisi Sara Karboneroyla bağlıdır.
Telejurnalist olan Sara dünən bütün oyun boyu qapı xəttinin arxasında dayanıb. Azarkeşlər hesab edir ki, İspaniyanın ən seksual jurnalisti seçilən Sara Kasilyasın yaxınlığında dayanmaqla onun diqqətini özünə çəkib, bu səbəbdən qapıçı çox adi bir qol buraxıb.
Qeyd edək ki, «Telecinco» kanalında çalışan Karbonero ilə Kasilyas ötən il Cənubi Afrikada keçirilən Konfederasiyalar kubokunda tanış olublar.
Böyük futbol matçlarından hazırladığı «Qapı xətti» verilişi ilə məşhurlaşan Karbonero jurnalist kimi dünya çempionatına da gedəcəyini açıqladıqdan sonra komandanın diqqətinin bu qıza görə dağıla biləcəyi haqda şübhələr yaranmışdı. Təsadüfi deyil ki, dünənki oyundan sonra İspaniyanın internet saytları məğlubiyyətin günahkarı kimi Karboneronun adını çəkiblər.






Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq