"Beşiktaş"ın prezidenti Fikrət Orman azarkeşlərdən şikayətlənib.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, ölkə çempionatında öz meydanlarında "Antalyaspor"la matçda uduzduqları üçün tənqid olunmalarına münasibət bildirərkən deyib:
"Hər kəs öz işini görəcək. Başlar ayaq, ayaqlar baş olmayacaq. Azarkeş azarkeşliyini, oyunçu oyunçuluğunu, prezidenti prezidentliyini edəcək. "Antalyaspor"la matçda çox təəssüfləndim. Mənim oyunçum fitə basıldı. Tvitlərə baxmıram, 13 yaşında uşağın əlinə telefon verirlər. Atasından xərclik alır, milyonluq transferlərə münasibət bildirir. Votsapda qrup yaradıb, məni ora əlavə edirlər. Məgər mən sizin sinif yoldaşınızam ? Sizlərlə birgə əsgərlikdə olmuşam? Bunu təkrar azarkeşlərə bildirmək istəyirəm. Bizim mədəniyyətimizdə bu yoxdur. Formalar bizim namusumuzdur. "Beşiktaş"ın oyunçuları gözümüzün nurudur. Azarkeşlərə səslənirəm, bir daha belə etməsinlər".
Karim Rossi “Qəbələ”də
"İnter"in hədəfinə düşdü
"Kəpəz" onu da göndərdi
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər