Almaniya millisi ilə DÇ-2014-ün qalibi, “Şalke”nin müdafiəçisi Benedikt Hevedes karyerasını Rusiyada davam etdirməyə yaxındır.
Qol.az-ın “Bild” nəşrinə istinadən yaydığı xəbərə görə, 30 yaşlı futbolçu Moskva “Lokomotiv”inə keçir.
“Şalke” klubu daha əvvəl bildirib ki, Hevedes komandanın Avstriyadakı yay toplanışına qatılmayacaq.
“Transfermarket” saytı “Şalke” ilə 2020-ci ildə müqaviləsi bitəcək müdafiəçinin təzminat dəyərini 9 milyo avro qiymətləndirib.
32 il sonra ilk dəfə...
Fərid Nəbiyev "İmişli"də
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”