“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqanın 21-ci turunda "Səbail"lə oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Vacib 3 xal qazandıq. İlk hissədən yox, ikinci hissədən razı qaldım. Fasilə dövründə yoxlama oyunu keçirə bilmədik. Çünki 10 futbolçumuz, həmçinin, 3 qapıçımız millilərin düşərgəsində idi. Emin Mahmudov cəzalı idi. İlkin Qırtımov isə xəstə idi, onun qızdırması var idi. Çətin olacağını bilirdik. Futbolçularımı, azarkeşləri qələbə münasibəti ilə təbrik edirəm.
- Qışda heyətə cəlb edilən legionerlərin oyunundan razısınız? Onlardan bir çoxu əsas heyətə düşə bilmir...
- Mən “qalib heyəti dəyişməzlər” prinsipinə sadiqəm. Məsələn, Mirabdulla Abbasov son oyunlarda yaxşı oyun sərgiləyir, döyüşür, ona görə, bu futbolçuya şans verməkdə davam edirəm. O ki qaldı legionerlərin əsas heyətdə olmamasına, onların hamısı səviyyəli futbolçulardır. Çalışacağıq onların formasını bərpa edək.
- Soni Mustivar bu gün komandada debüt etdi. Necə təsir bağışladı?
- Mustivar səviyyəli futbolçudur. Vaxtilə Rumıniyada “Petrolul”da kapitan olub, MLS-də çıxış edib. Həm o, həm də digər futbolçuları bu mövsümdə sınayıb baxacağıq. Bundan sonra növbəti mövsümdə kimlərlə çıxış edəcəyimizə qərar verəcəyik.
- “Qəbələ” çempionatda yenə xal itirdi. Bu komanda kubokda rəqibinizdir...
- Həm kubokda, həm çempionatda sona kimi mübarizə aparacağıq. Belə bir söz deyirlər ki, guya mən avrokuboklara vəsiqə qazanmağa söz vermişəm. Mən belə bir söz verməmişəm. Komanda Avroliqaya vəsiqə qazanıb, orda 2 mərhələ keçəndən sonra uduzacaqsa və bununla tənqidlərə məruz qalacamsa, mənə lazım deyil.
- Ramil Şeydayevin növbəti mövsümdə “Neftçi”yə keçəcəyi deyilir...
- Həmişə demişəm, indi də deyirəm, kluba mənim icazəm olmadan heç kim transfer edilmir. Ramil isə mənim transfer siyahımda yoxdur.
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"
Tanınmış futbolçu "Fənərbaxça"da - Rəsmi
“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
Ter Ştegenin yeni klubu bilindi
“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı