"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Monteneqronun "Mladost" klubu ilə 1:1 hesabı ilə bərabərə qaldıqları oyundan sonra müsahibə verib.
- Son matçdan nə dərəcədə razı qaldınız?
- Oyun pis keçmədi. Təlim-məşq toplanışının 25-ci günü idi. Buna baxmayaraq, düşünürəm ki, futbolçular yaxşı oyun göstərdilər. Bir neçə futbolçumuz zədəli oldu. Hansıların ki son yoxlama matçında oynamalarını çox istəyirdik. Bununla belə, həm matçlardan, həm də toplanışdan razı qaldım. Belə oyunlarda səhvimiz daha çox biz məşqçilər üçün bir o qədər yaxşı olur. Çünki bunları görürük və çempionat qabağı aradan qaldırmağa imkan olur.
- Komanda yoxlama oyunlarında bir qələbə belə qazanmadı. Buna fikir verdiniz, yoxsa?
- Əlbəttə, fikir verirəm. Burda qələbə qazanmamağının bəzi səbəblərini özümüz bilirik. Bu nəticə normal haldır. Düşünürəm ki, hər toplanışda belə hallar olur və bunun qarşısını almağa çalışırıq.
- Ötən toplanışlarından birində belə bir hal olmuşdu ki, "Qarabağ" ümumiyyətlə, bütün yoxlama oyunlarında uduzmuşdu. Bu dəfə təxmini eyni ssenari təkrarlandı. Onda qeyd etmişdiniz ki, bu, aradan qaldırılan səhvlərdir. İndi də analoji vəziyyət idi, yoxsa fərqli durum yaranıb?
- Eyni vəziyyət olduğunu demək olar. İndi get-gedə bu səhvlər olmamalıdır. Çünki bütün komandalar belə səhvləri bağışlamırlar. Futbol get-gedə bunun üzərində qurulur. Səhvlərimizi, xüsusilə də topu öz meydanımızda rəqibə verdiyimiz haldakı xətanı heç bir rəqib bağışlamır. Daha da diqqətli, ciddi olmalıyıq. Düşünürəm ki, bu səhvləri aradan qaldırmaq olacaq.
- Artıq bir həftə sonra çempionatda "Qəbələ" ilə qarşılaşaqsınız. Komandanız oyuna tam hazır ola biləcəkmi?
- Dəfələrlə bildirmişəm ki, komanda belə uzunmüddətli toplanışlardan sonra hardasa 3-4-cü matçında optimal formasını yığmağa, hər bir futbolçu oyununu daha da yaxşılaşdırmağa başlayır. Hər bir halda çalışacağıq ki, komandanı ən optimal formaya gətirib çıxaraq.
- Bu təlim-məşq toplanışında "Qəbələ"ni nəzarətdə saxlayırdınız?
- Düşünürəm ki, nə bizim "Qəbələ"ni, nə də onların bizi nəzarətdə saxlamağına ehtiyac var. Çünki bir-birimizi çox gözəl tanıyırıq. Bu üzdən elə də ehtiyac yoxdur.
- Onsuz da "Qəbələ" ilə 2 dəfə qarşılaşacaqsınız. Ancaq buna baxmayaraq, qış fasiləsindən dərhal sonra onlarla oynamaq "Qarabağ üçün yaxşıdı, yoxsa yox? İstərdiniz ki, daha münasib rəqiblə oynayasınız?
- Bu haqda sonra fikir bildirərik. Bir-iki gün istirahət edək, başımız bir az sakitləşsin. İnşallah, bundan sonra fikir bildirərik.
- Antalyadakı 6 oyundakı qarşılaşdığımız rəqiblərdən "Qəbələ"yə bənzər olanı oldumu?
- Hər bir rəqibin, hər bir məşqçinin oyun düşüncələri fərqlidir. Elə qarşılaşmalar oldu ki, sürətli futbolçular, komandalara qarşı oynadıq. Qarşılaşdığımız "Mariupol", "Sarayevo" güclü komandalar idi. "Qəbələ" isə bir az fərqlidir. Bu da onun futbolçuları, oyun sistemi ilə bağlıdrı. Ola bilər ki, "Qəbələ"nin daha sürətli futbolçular var və onlara hazır olmalıyıq. Sürətli oynamaqda, əks-hücumlara tez çıxmaqda, ümumiyyətlə, topla davranmaqda demək olar bütün komandalar bir-birinə bənzəyir.
Mənbə: sport24.az
“Neftçi”nin 4 rəqibi
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir
"Neftçi" Sloveniya toplanışına start verdi
Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif
"Karvan Yevlax"dan "Səbail"ə
Azərbaycan millilərində məşqçi dəyişiklikləri
"Qəbələ" konqolu futbolçu transfer etdi
"İnter"də daha üç ayrılıq - Rəsmi
Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”
Türkiyədə legioner limiti dəyişmədi
"İnter" Yan Zommerlə yolları ayırdı
Azərbaycanda bu şəhərin iki klubu birləşdirildi
"İranın mundialdan getməsinə görə sevindim, rəqs etdim"
İbrahimoviç Kumanı sərt tənqid etdi
“Qarabağ” 1 milyon avroya müdafiəçi alır - Macar mediası
Paraqvay Almaniyaya belə qalib gəldi - Video
Naqelsman: "İstefa vermirəm"
Qələbədən sonra bütün komanda səcdə etdi - Şəkil
Levandovskinin yeni klubu rəsmən açıqlandı
Paraqvayda millinin uğuruna görə tətil elan edildi
DÇ-2026: 1/8 finalın ilk cütü müəyyənləşdi
Braziliyanı 1/8 finala aparan qələbə - Video
Almaniya mundialla vidalaşdı - DÇ-2026-da sensasiya
Millimizin üzvü Kosovo klubu ilə anlaşdı
“Bu heyət dünya çempionu olmağa qadirdir” - Kazemiro
“İmişli”ni I Liqa klubuna dəyişdi
Braziliya millisinin seriyası davam edir