“Qarabağ Vyana"nın baş məşqçisi Volkan Kahraman “Xəzər”ə 1:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Əvvəlcə oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Biz də azərbaycanlılardan qurulmuş bir komanda olduğumuz üçün maraqlı oyun alındı. Bu gün təlim-məşq toplanışımızın son günü idi. Sabah biz də qayıdırıq. Rəqib 90 dəqiqə ərzində bizi təzyiq alıtnda saxladı. Amma futbolçularımız müdafiədə səhvsiz oynadılar. Dostluq çərçivəsində çox gözəl bir oyun oldu.
-“Xəzər” Azərbaycanın birinci divizionunda mübarizə aparır. Bu gün rəqibdən belə bir oyun gözləyirdinizmi?
-Sizin çempionatdakı səviyyənin necə olduğunu bilmirik. Biz 3-cü liqada mübarizə aparırıq. Hədəfimiz 2-ci liqaya çıxmaqdır. Yoxlama oyunlarını çox da ciddiyə almaq lazım deyil. Matçdan əvvəl həm onlar, həm də biz ağır fiziki məşqlər keçmişdik. Buna uyğun oyun sərgilədik. Məncə, hər iki komanda meydanda başabaş mübarizə apardı.
- “Qarabağ Vyana”da 2 azərbaycanlı futbolçu – Elvin Bədəlov və Dmitri Nağıyev çıxış edirlər. Bədəlov 90 dəqiqə oynasa da, Nağıyev ikinci hissədə meydana daxil oldu. Onların çıxışından razı qaldınızmı?
- Əlbəttə, hər ikisindən razı qaldım. Bizim üçün önəmli futbolçulardır. Çox yaxşı işlər görürlər. Hər ikisi gəncdir. Gələcəkdə bizə çox xeyir verə bilərlər.
- Bundan sonra da “Qarabağ Vyana”da azərbaycanlı futbolçular görə bilərik?
- Təbii ki, ola bilər. Biz oyunçu seçərkən onun hansı ölkədən olmasına baxmırıq. Yaxşı futbolçulara qapımız hər zaman açıqdır. Rəhbərliyimiz azərbaycanlılar olduğundan yeni transferlər üçün ölkənizə daha çox üz tuta bilərik. Ordan futbolçu götürə bilərik. Əgər oyun üslubumuza uyğun gələn futbolçu tapsaq, ala bilərik.
- Bu mövsüm üçün əsas hədəfiniz nədən ibarətdir?
- Açığı, əvvəlcə fikrimiz 3-cü liqada möhkəmlənmək idi. Ancaq yeni qaydalara görə, artıq ilk 3 komanda 2-ci liqaya vəsiqə qazana bilər. Biz də düşündük ki, belə bir şey varsa, niyə də yararlanmayaq. Hazırda 3-cü pillədəki komandadan 4 xal geridəyik. Yaxşı oyunçular almışıq. İnanıram ki, 2-ci liqaya çıxmağı bacaracağıq.
- Avstriyada azərbaycanlı azarkeşlər sizə dəstək olurmu?
-Azarkeş dəstəyindən o qədər də məmnun deyilik. Oyunlarımıza elə də çox adam gəlmir. Amma biz böyüdükcə, azarkeşlərimiz də artacaq. Bunun üçün müəyyən işlər görülməlidir. Düşünürəm ki, yavaş-yavaş bu da qaydasına düşəcək.
-Azərbaycanın “Qarabağ” klubunu özünüzə nümunə sayırsınızmı?
-Təbii ki, onların uğurlarına sevinirik. Bu gün iki “Qarabağ” arasında səviyyə fərqi var. Onlar Çempionlar Liqasında oynayırlar. Biz isə hələ yeni başlamışıq. Amma bu komanda ilə qürur duyuruq.
- “Qarabağ” adını daşıdığı üçün Azərbaycanda azarkeşləriniz kifayət qədər çoxdur. Bu, sizə motivasiya verirmi?
- Əlbəttə ki, bu adın önəmini, mənasını bilirik. Futbolçuların da məlumatı var. Hansı tarixi ərazinin adını daşıyan komandada çıxış etdiklərini yaxşı bilirlər. Biz komandaya sadəcə, gəlib, oynayıb, pul qazanıb evinə gedən futbolçular götürmürük. Ürəyi ilə oynayan, komandaya bağlı oyunçular transfer edirik. Buna görə də xarakterli futbolçularımız var. Komandada “Qarabağ”ın nə demək olduğunu hamı bilir.
Elnur Salahov
Antalya
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir
"Neftçi" Sloveniya toplanışına start verdi
Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif
"Karvan Yevlax"dan "Səbail"ə
Azərbaycan millilərində məşqçi dəyişiklikləri
"Qəbələ" konqolu futbolçu transfer etdi
"İnter"də daha üç ayrılıq - Rəsmi
Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”
Türkiyədə legioner limiti dəyişmədi
"İnter" Yan Zommerlə yolları ayırdı
Azərbaycanda bu şəhərin iki klubu birləşdirildi
"İranın mundialdan getməsinə görə sevindim, rəqs etdim"
İbrahimoviç Kumanı sərt tənqid etdi
“Qarabağ” 1 milyon avroya müdafiəçi alır - Macar mediası
Paraqvay Almaniyaya belə qalib gəldi - Video
Naqelsman: "İstefa vermirəm"
Qələbədən sonra bütün komanda səcdə etdi - Şəkil
Levandovskinin yeni klubu rəsmən açıqlandı
Paraqvayda millinin uğuruna görə tətil elan edildi
DÇ-2026: 1/8 finalın ilk cütü müəyyənləşdi
Braziliyanı 1/8 finala aparan qələbə - Video
Almaniya mundialla vidalaşdı - DÇ-2026-da sensasiya
Millimizin üzvü Kosovo klubu ilə anlaşdı
“Bu heyət dünya çempionu olmağa qadirdir” - Kazemiro
“İmişli”ni I Liqa klubuna dəyişdi
Braziliya millisinin seriyası davam edir
U-17 millimiz Tacikistana məğlub olub
Braziliya - Yaponiya oyununun ən yaxşısı kim seçildi?