Birinci divizionda mübarizə aparan “Xəzər”in baş məşqçisi Elşad Əhmədov “Qarabağ Vyana"ya 0:1 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, təcrübəli mütəxəssis əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
- Təlim-məşq toplanışı çərçivəsində sonuncu – 5-ci oyunumuz idi. Antalyaya əsasən fiziki, texniki-taktiki çatışmazlıqlar üzərində çalışmaq üçün gəlmişdik. Hiss olunurdu ki, uşaqlarda yorğunluq var. Bu da başadüşüləndir. Ümumi götürsək, hazırlıq normal keçdi. Hər bir divizion klubuna Antalyada təlim-məşq toplanışı keçməyi arzu edərdim. 5 oyundan 2-də qələbə qazandıq, 2-də uduzduq. Biri isə heç-heçə bitdi. Amma mənim üçün nəticə önəmli deyil. Amma çatışmayan cəhətləri gördük. Bunların üzərində çalışacağıq.
- Komanda mövsümün ikinci yarısına nə dərəcədə hazırdır?
- Bu gün yorğunluq fonunda oynadıq. Düşünürəm ki, 90 faiz hazırıq. Müəyyən çatışmazlıqlarımız var. Bunu da mövsümün gedişində aradan qaldırmağa çalışacağıq.
- Çempionatın ikinci dövrəsindən nə gözləmək olar?
- İnanıram ki, birinci divizionda maraqlı oyunlar olacaq.
- Bu gün Ramin Musayev mətbuat konfransında bildirib ki, “Xəzər” Premyer Liqada oynamaq üçün Peşəkar Futbol Liqasına müraciət edib. Klub rəhbərliyi bu barədə nə düşünür?
- “Xəzər” iddialı klubdur. Düzdür, buna klub rəhbərliyi, Peşəkar Futbol Liqası qərar verəcək. Amma onu deyə bilərəm ki, Premyer Liqa haqda fikirləşirik.
-Qısa müddətdə heyətin komplektləşməsinə nə dərəcədə nail ola bildiniz?
-Bilirsiniz ki, bu vaxt heyəti komplektləşdirmək çətindir. Amma çalışıb ən yaxşısını etmək istəyirik.
- Bugünkü matçda da gördük ki, komandanız topla çox oynamağı bacarır. Amma birinci divizion görüşlərinin keçirildiyi stadionlar belə oynamağa imkan vermir...
- Bilirik, belə şeylər olacaq. Problemi özümüz həll etməliyik. Buna məcburuq. Stadion pisdir deyə, topu hara gəldi vurmayacağıq. Elə bu stadion da o qədər yaxşı deyildi. İndiyə kimi keçirdiyimiz ən zəif oyun idi.
- Ev oyunlarınızı keçirəcəyiniz stadion dəqiqləşib?
- Ya “Dalğa Arena” olacaq, ya da “Bakı”nın stadionu.
- Komandanızda Premyer Liqa təcrübəsi olan bir neçə futbolçu var. Onlar “Xəzər”ə nə dərəcədə kömək ola biləcəklər?
- Komandamıza köməkləri dəyir. Bu, ən zəif oyunlarımızdan biri oldu. Hətta uduzduğumuz ilk oyun bu cür maraqsız olmamışdı. Nəsə etmək istəyirdik. Amma yorğunluq hiss olunurdu. İnanıram ki, təcrübəli futbolçular çempionatda öz sözlərini deyəcəklər.
Elnur Salahov
Antalya
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir
"Neftçi" Sloveniya toplanışına start verdi
Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif
"Karvan Yevlax"dan "Səbail"ə
Azərbaycan millilərində məşqçi dəyişiklikləri
"Qəbələ" konqolu futbolçu transfer etdi
"İnter"də daha üç ayrılıq - Rəsmi
Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”
Türkiyədə legioner limiti dəyişmədi
"İnter" Yan Zommerlə yolları ayırdı
Azərbaycanda bu şəhərin iki klubu birləşdirildi
"İranın mundialdan getməsinə görə sevindim, rəqs etdim"
İbrahimoviç Kumanı sərt tənqid etdi
“Qarabağ” 1 milyon avroya müdafiəçi alır - Macar mediası
Paraqvay Almaniyaya belə qalib gəldi - Video
Naqelsman: "İstefa vermirəm"
Qələbədən sonra bütün komanda səcdə etdi - Şəkil
Levandovskinin yeni klubu rəsmən açıqlandı
Paraqvayda millinin uğuruna görə tətil elan edildi
DÇ-2026: 1/8 finalın ilk cütü müəyyənləşdi
Braziliyanı 1/8 finala aparan qələbə - Video
Almaniya mundialla vidalaşdı - DÇ-2026-da sensasiya
Millimizin üzvü Kosovo klubu ilə anlaşdı
“Bu heyət dünya çempionu olmağa qadirdir” - Kazemiro
“İmişli”ni I Liqa klubuna dəyişdi
Braziliya millisinin seriyası davam edir
U-17 millimiz Tacikistana məğlub olub
Braziliya - Yaponiya oyununun ən yaxşısı kim seçildi?