“Kəpəz”in yeni transferi İqor Korotetski Qol.az-a müsahibə verib. Ukraynalı futbolçu əvvəlcə Serbiyanın “Spartak” klubunu məğlub etdikləri yoxlama oyunu ilə bağlı fikirlərini açıqlayıb.
- Oyuna yaxşı başladıq. İlk dəqiqələrdən nəzarəti ələ almağı bacardıq. Ön xətdə topu özümüzdə saxlayıb, ağıllı hücumlar qurub, ilk hissədə hesabı aça bildik. İkinci yarının ilk 15 dəqiqəsini pis keçirmədik. Bundan sonra komandada yorğunluq özünü göstərməyə başladı. Bu, psixoloji cəhətdən bizə təsir etsə də, ara-sıra yaxşı əks-hücumlar təşkil edə bildik. Nəticədə 2-ci qolu vurduq və qələbə qazandıq. Mən oyunumuzdan razı qaldım.
- “Yagelloniya”ya 1:8 hesablı məğlubiyyətdən sonra komandada atmosfer necə idi?
-Hər şey normaldır. Düzdür, həmin nəticə əhvalımızı korladı. Heç kim gözləmirdi. Amma nəzərə alaq ki, yoxlama oyunu idi. Futbolda belə hallar ola bilər. Artıq keçmişdə qaldı. İrəli baxmaq lazımdır.
- “Kəpəz”də qalacağın dəqiqləşib?
- Bəli, “Kəpəz”də qalacam. Artıq razılıq əldə olunub. Bakıya qayıdandan sonra müqavilə imzalanacaq.
- Bir müddətdir, “Kəpəz”in düşərgəsindəsən. Komanda səni qane edir?
- “Kəpəz” çox xoşuma gəldi. Əsasən Ukraynada oynadığım üçün, qorxurdum ki, birdən alınmaz. Hər şey yaxşıdır. Baş məşqçi bizdən daha çox hücumda oynamağımızı tələb edir. Bu cür oyun tərzi xoşuma gəlir.
- Komanda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Bu mənada, “Kəpəz”in təklifini qəbul edərkən tərəddüd etmədin?
- Əlbəttə ki, yox. Bu, mənim üçün növbəti çağırış idi. Hər şey bizim meydanda nə edəcəyimizdən asılı olacaq. Mənim üçün bu yeni ölkə, yeni komanda, yeni təəssüratdır. Qarşıda vaxtımız çoxdur. Əlimizdən gələni etməliyik ki, komandanı sonuncu pillədən xilas edək.
- Sergey Litovçenko komandaya səndən əvvəl gəlib. Təklif alanda, “Kəpəz”lə bağlı ondan nəsə soruşdun?
- Əslində məni bura Sergey Litovçenko dəvət edib. Zəng vurub dedi ki, belə bir variant var. Mən də baxışa gəldim. Sonradan Sergeylə fikirlərimiz üst-üstə düşdü. Düzdür, o fərqli ölkədə - Gürcüstanda oynayıb. Amma düşünürəm ki, bir-birimizi yaxşı başa düşəcəyik. Ən azından bunu yoxlayacağıq.
- Azərbaycanda Dmitri Bezotosnı, Vitali Vernidub, Kirill Petrov kimi ukraynalı futbolçular çıxış edir. Onları tanıyırsan?
- Hə, tanıyıram. Amma onlarla elə də çox ünsiyyətdə olmamışam. Çünki mən Ukraynada oynayırdım, onlar isə Azərbaycanda. Amma qarşılaşsaq, buna çox sevinəcəm.
Elnur Salahov
Antalya
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir
"Neftçi" Sloveniya toplanışına start verdi
Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif
"Karvan Yevlax"dan "Səbail"ə
Azərbaycan millilərində məşqçi dəyişiklikləri
"Qəbələ" konqolu futbolçu transfer etdi
"İnter"də daha üç ayrılıq - Rəsmi
Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”
Türkiyədə legioner limiti dəyişmədi
"İnter" Yan Zommerlə yolları ayırdı
Azərbaycanda bu şəhərin iki klubu birləşdirildi
"İranın mundialdan getməsinə görə sevindim, rəqs etdim"
İbrahimoviç Kumanı sərt tənqid etdi
“Qarabağ” 1 milyon avroya müdafiəçi alır - Macar mediası
Paraqvay Almaniyaya belə qalib gəldi - Video
Naqelsman: "İstefa vermirəm"
Qələbədən sonra bütün komanda səcdə etdi - Şəkil
Levandovskinin yeni klubu rəsmən açıqlandı
Paraqvayda millinin uğuruna görə tətil elan edildi
DÇ-2026: 1/8 finalın ilk cütü müəyyənləşdi
Braziliyanı 1/8 finala aparan qələbə - Video
Almaniya mundialla vidalaşdı - DÇ-2026-da sensasiya
Millimizin üzvü Kosovo klubu ilə anlaşdı
“Bu heyət dünya çempionu olmağa qadirdir” - Kazemiro
“İmişli”ni I Liqa klubuna dəyişdi
Braziliya millisinin seriyası davam edir
U-17 millimiz Tacikistana məğlub olub
Braziliya - Yaponiya oyununun ən yaxşısı kim seçildi?