“Çətin oyun oldu. Futbolçulardan çox şey tələb edə bilməzdim. Hamısından raz qaldım. Meydanda çox düşündülər. Rəqib pressinq edirdi. Lakin daha çox müdafiədən oynadılar. Bütün oyunçulardan razı qaldım. Futbolçular fərdi qaydada öz üzərlərində çalışmalıdırlar. Bakıya qayıtdıqdan sonra da fərdi söhbətlər edəcəm. İndi zəif komanda yoxdur. Hər bir futbolçu meydanda özünü yaxşı tərəfdən göstərməlidir”.
Qol.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov Antalya toplanışı çərçivəsində Moldova ilə keçirilən yoxlama oyunundan (0:0) sonra təşkil edilən mətbuat konfransında deyib.
- Baş məşqçi kimi üzərinizdə təzyiq var idi?
- Psixoloji təzyiq həmişə olur. Oyun zamanı isə hamısı yaddan çıxır.
- Abbas Hüseynov bu gün çox güc sərf elədi. Bu nə ilə bağlıdır? Sanki daha hazırlıqlı görünürdü.
- Qış toplanışı zamanı oyunçuların hazırlığı dəyişə bilər. Hər futbolçu məşqləri fərqli qəbul edə bilər. Ona şans verilib, yəqin bu şansdan yaxşı istifadə etmək istəyib. İstəyirəm ki, o, yaxşı futbolçu olsun. Son illərdə qeyri-sabit oyun sərgiləyib. Bu gün onun oyunundan razı qaldım. Ancaq bu tempi qoruyub saxlamalıdır. Məncə, özünü bir az da inkişaf etdirməlidir.
- Əvəzetmələrin az olmasına səbəb nə idi?
- Oyundan öncə 6 dəyişikliklə bağlı razılığa gəldik. Buna görə, bütün heyəti dəyişmədim.
- Rəqib baş məşqçi onların daha çox qol fürsətləri olduğunu dedi...
- Bəli, onların qol fürsətləri oldu. Əsasən, standart vəziyyətlərdən qol şansı qazanmışdılar. Onların yaratdığı epizodlar bizim diqqətsizliyimizin nəticəsi idi. Yəqin komandasının oyunundan razı qalıb. Futbolçuları onun tapşırıqlarını yerinə yetiriblər.
- Rəqib müdafiədən oynayırdı. Millətlər Liqasındakı rəqiblərin səviyyəsini nəzərə alsaq, bu cəhətdən çətinlik olmayacaq ki?
- Bəli, çətin olacaq. Bu gün bütün komandalar müdafiə oluna bilir. Rəqibi analiz etmək o qədər də çətin deyil. Bu cəhətdən Millətlət Liqasında da çətin olacağını bilirik. Ancaq bunun üzərində çalışmalıyıq.
- Rəqibin heyətində “Qarabağ” üçün gözaltı etdiyiniz oyunçu olmadı ki?
- Yox, daha çox öz futbolçularıma baxırdım.
Fransa - İsveç: Heyətlər
Norveç Kot d'İvuara qalib gəldi
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir
"Neftçi" Sloveniya toplanışına start verdi
Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif
"Karvan Yevlax"dan "Səbail"ə
Azərbaycan millilərində məşqçi dəyişiklikləri
"Qəbələ" konqolu futbolçu transfer etdi
"İnter"də daha üç ayrılıq - Rəsmi
Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”
Türkiyədə legioner limiti dəyişmədi
"İnter" Yan Zommerlə yolları ayırdı
Azərbaycanda bu şəhərin iki klubu birləşdirildi
"İranın mundialdan getməsinə görə sevindim, rəqs etdim"
İbrahimoviç Kumanı sərt tənqid etdi
“Qarabağ” 1 milyon avroya müdafiəçi alır - Macar mediası
Paraqvay Almaniyaya belə qalib gəldi - Video
Naqelsman: "İstefa vermirəm"
Qələbədən sonra bütün komanda səcdə etdi - Şəkil
Levandovskinin yeni klubu rəsmən açıqlandı
Paraqvayda millinin uğuruna görə tətil elan edildi
DÇ-2026: 1/8 finalın ilk cütü müəyyənləşdi
Braziliyanı 1/8 finala aparan qələbə - Video
Almaniya mundialla vidalaşdı - DÇ-2026-da sensasiya
Millimizin üzvü Kosovo klubu ilə anlaşdı
“Bu heyət dünya çempionu olmağa qadirdir” - Kazemiro
“İmişli”ni I Liqa klubuna dəyişdi
Braziliya millisinin seriyası davam edir
U-17 millimiz Tacikistana məğlub olub
Braziliya - Yaponiya oyununun ən yaxşısı kim seçildi?
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır